Icma.az
close
up
RU
“31 Mart xalqımızın mübarizə tarixində ən faciəli hadisələrdən biridir“ DEPUTAT DANIŞDI

“31 Mart xalqımızın mübarizə tarixində ən faciəli hadisələrdən biridir“ DEPUTAT DANIŞDI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli hadisələrdən biridir. Bu tarix keçmişin acı xatirəsi olmaqla yanaşı, eyni zamanda tarixi həqiqətlərin beynəlxalq müstəvidə müdafiəsi və ədalətin bərpası istiqamətində aparılan ardıcıl siyasətin mühüm tərkib hissəsidir”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, tarixin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən irəli sürülən mifik “Böyük Ermənistan” ideyası regionda etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin əsas ideoloji dayağı olmuşdur. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğınlar bu siyasətin ən qanlı təzahürlərindən biri kimi yadda qalmışdır:
“Həmin dövrdə Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində, Qarabağda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmiş, insanlar öz doğma yurdlarından didərgin salınmışdır. Bu hadisələr təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir.
Xüsusi qəddarlıqla törədilən Şamaxı və Quba qırğınları həmin dövrün dəhşətlərini açıq şəkildə nümayiş etdirir. Aparılan tədqiqatlar və aşkar edilmiş kütləvi məzarlıqlar bu faciələrin miqyasının nə qədər geniş və ağır olduğunu bir daha sübut edir. Bu tariximizin qanlı səhifəsi olmaqla yanaşı, həm də unudulmamalı və gələcək nəsillərə çatdırılmalı olan həqiqətdir.
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bu hadisələrə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu mühüm qərar tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl siyasət nəticəsində soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır, elmi araşdırmalar genişləndirilir, yeni faktlar üzə çıxarılır və tarixi ədalətin bərpası istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlər heç vaxt unudulmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Mart 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri