Kilsədə 9 nəfəri öldürən qardaşlar edam olunacaq
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İordaniyada ötən ay ölkənin cənubunda yerləşən kilsəyə silahlı hücum edərək 9 nəfəri öldürən və 25 nəfəri yaralayan üç şəxs edam cəzasına məhkum edilib.
Modern.az xəbər verir ki, oktyabrın 23-də Kərək əyalətinin Hammud kəndindəki yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı silahlı şəxslər hücum həyata keçiriblər.
Hücumdan sonra qaçan üç şübhəli – iki İordaniya vətəndaşı olan qardaş və onların qohumu üç gün sonra saxlanılıb.
İordaniya ordusunun bazar günü yaydığı açıqlamada Dövlət Təhlükəsizlik Məhkəməsinin üç təqsirləndirilən şəxs barəsində edam hökmü çıxardığı bildirilib.
Məhkəmə onları terror aktları törətmək, insan ölümünə səbəb olmaq, qanunsuz silah saxlamaq, terror fəaliyyətini planlaşdırmaq və terror təşkilatının ideyalarını təbliğ etməkdə təqsirli bilib. Təqsirləndirilənlərdən biri terror aktlarının maliyyələşdirilməsi məqsədilə vəsait təmin etməkdə də ittiham olunub.
Qeyd edək ki, hücumdan sonra İordaniya Kralı II Abdullah hadisə qurbanlarının ailələrinə başsağlığı verərək, məsul şəxslərin ən ağır cəzaya məhkum ediləcəyini bildirmişdi. O, həmçinin ölkədə hücumlara qarşı təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsini tapşırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Noyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















