ABŞ Avropadan hərbçilərinin daha azını çıxaracaq
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropadakı Amerika qoşunlarının sayını avropalı müttəfiqlərin ehtimal etdiyindən daha az azalda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
“Daha əvvəl Avropa ölkələri Vaşinqtonun qitədən 25 minədək hərbçini çıxaracağını düşünürdülər. Lakin hazırda daha kiçikmiqyaslı ixtisarın baş verəcəyi ehtimalı daha yüksək qiymətləndirilir”, - nəşr yazır.
Agentliyin həmsöhbətləri bildiriblər ki, Amerika administrasiyasının qərarına Vaşinqtonun NATO-nun avropalı müttəfiqlərinin müdafiə xərclərini artırmasını müsbət qiymətləndirməsi təsir edib. Bununla yanaşı, mümkün ixtisarın dəqiq miqyası hələ müəyyən edilməyib.
2Hazırda Avropada təxminən 80 min amerikalı hərbçi yerləşdirilib. Onların mövcudluğu Avropa müttəfiqlərinin müdafiəsi, o cümlədən NATO-nun şərq cinahında mümkün təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Avropa ölkələrindən hərbi xərcləri artırmağı və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımağı tələb edib. Vaşinqton hesab edir ki, avropalı müttəfiqlər müdafiəni daha fəal şəkildə maliyyələşdirməli və Amerika hərbi resurslarından daha az asılı olmalıdırlar.
Eyni zamanda, Rusiya ilə münasibətlərdə davam edən gərginlik və NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi zərurəti fonunda Amerika hərbi kontingentinin azaldılması Avropada narahatlıq doğurur”, - “Bloomberg” qeyd edib.
Bu mövzuda digər xəbərlər:ABŞ Avropadan 10 min əsgərini çıxaracaq
09 Aprel 2025 18:58
Vaşinqton elan etdi: ABŞ Avropadan qoşunlarını çıxaracaq KONKRET
14 Fevral 2025 18:40
ABŞ hərbçilərinin bir hissəsi Avropadan köçürülür?
05 Oktyabr 2026 08:49
ABŞ Avropadan inciyib
04 Dekabr 2025 07:55
Ryabkov: ABŞ Avropadan daha adekvatdır
29 Noyabr 2025 17:04
Baxış sayı:76
Bu xəbər 15 Noyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















