Icma.az
close
up
RU
32 il idi Rusiyaya getmirdim, Qod Nisanovun atasının yasında başqa mənzərə gördüm VAHİD ƏHMƏDOV

32 il idi Rusiyaya getmirdim, Qod Nisanovun atasının yasında başqa mənzərə gördüm VAHİD ƏHMƏDOV

Demokrat.az-dan verilən məlumata görə, Icma.az xəbər verir 32 il idi Rusiyaya getmirdim, Qod Nisanovun atasının yasında başqa mənzərə gördüm VAHİD ƏHMƏDOV.

İqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rusiya ərazisində Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından sonra münasibətlər gərginləşib. Sizcə, bu hal nə vaxta qədər davam edə bilər?
- Azərbaycan-Rusiya münasibətlərinə geniş aspektdən baxmaq lazımdır. İndiyə kimi Rusiya Azərbaycana qarşı bir çox məsələlərdə əsas rolda yer alıb. 2020-ci ildə 44 günlük müharibədə Rusiya faktiki olaraq Ermənistanı müdafiə edib. Rusiyanın verdiyi silahlarla Azərbaycana qarşı terror-təxribat hadisələri törədilib. 1992-ci ilin fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı aktında ermənilərlə yanaşı Rusiyanın 366-cı moto-atıcı diviziyasının cəlladları da iştirak edib. 1990-cı ilin 20 yanvarında Bakıda sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınlarını heç kəs unutmayıb. Bütün bunlara baxmayaraq Azərbaycan dövlət olaraq Rusiya ilə qonşuluq münasibətlərini qoruyub saxlamağa çalışıb. Hətta qardaş Türkiyə (Şuşa Bəyannaməsi - 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə) ilə müttəfiqlik sazişi imzalandıqdan sonra, Rusiya ilə də müttəfiqlik (2022-ci ilin fevralın 22-də Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə) haqqında bəyanat imzalandı. Məqsəd Rusiya ilə münasibətləri balanslaşdırmaqdan ibarət idi.
Bütün bunlara baxmayaraq Rusiya son illər Azərbaycana təzyiqlər etməyə başlayıb. Ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Rusiya tərəfindən vurulması isə münasibətlər gərginləşib. Rusiya bunun məsuliyyətini üzərinə götürüb, günahını etiraf etməlidir. Kompensasiya ödənilməli və digər zəruri prosedurlar icra olunmalıdır. Rusiya bunu etmək əvəzinə özünü “haqlı” çıxarmağa çalışır. Qəza ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi açıq şəkildə bəyan edilib. Rusiya isə gözləntilərin əksinə artıq-əskik hərəkətlərə yol verir. Təyyarə qəzası ilə bağlı açıqlanan hesabatlardan sonra da Moskva günahı boynundan atmağa çalışır. Bu azmış kimi Rusiya Dövlət Dumasının bir neçə başı xarab deputatı və müəyyən komitələrin üzvləri Azərbaycan barəsində ağızlarına gələni danışmağa başlayıb. Bunlara son qoyulmalıdır. Belə davranış Rusiya tərəfinə başucalığı gətirməyəcək. Azərbaycan tərəfindən də bu davranışlara adekvat reaksiyalar var və olacaq.
- Moskvanın Bakıya qarşı bu davranışlarının kökündə hansı amillər dayanır? İnadkarlıq etməklə Rusiya nəyə nail olmaq istəyir?
- Azərbaycan adi dövlət deyil. Kifayət qədər sayılıb-seçilən dövlət olan Azərbaycanın hərbi gücü, iqtisadi imkanları var və bu, daha da genişlənir. Ona görə də, Rusiya tərəfi Azərbaycana qarşı bu hərəkətlərə yol verilməməli idi. Azərbaycanın haqlı olduğu məsələlərdə onunla razılaşmaq lazımdır. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmamasının günahkarlarından biri də elə Rusiyadır. Kreml istəmir ki, Azərbaycanla Ermənistan arasında müəyyən münasibətlər qurulsun. Çünki Rusiyanın xarici siyasətində ancaq işğalçılıq xətti mövcuddur. Post-sovet məkanındakı müstəqil dövlətlərə də SSRİ-nin bir hissəsi kimi yanaşılır. Amma Azərbaycan müstəqil dövlətdir. Prezident İlham Əliyev müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycan dünyada müstəqil və güclü tərəfdaş kimi ciddi mövqeyə malikdir. Ona görə də Azərbaycanla bağlı məsələyə bir az ehtiyatla yanaşılmalıdır.
- Rusiyada bəzi şəxslər Azərbaycanı hədəf alan açıqlamalar verir. Anti-Azərbaycan ritorikasının Rusiyanın ayrı-ayrı strukturlarında güclənməsinə səbəb nədir?
- Sözsüz ki, Rusiyanın absurd iddialarına qarşı Azərbaycandan da adekvat reaksiyalar verilir. Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib. Əslində, bu güzəştləri etməyə ehtiyac yox idi. Vaxtında onların cavabı verilməli idi. Azərbaycan tək deyil və onun Türkiyə, türk dövlətləri, Pakistan, İsrail kimi müttəfiqi, tərəfdaşları var. Ona görə də Moskvanın təxribatlarına göz yumulmamalıdır. Rusiyanın dediyi hər sözü qəbul etməyə ehtiyac yoxdur. Rusiya-Ukrayna müharibəsinə görə çətin durumdadır. Müharibənin necə qurtaracağı hələ bəlli deyil. Proseslər göstərir ki, bu məsələlər Rusiyanın parçalanması ilə nəticələnə bilər. Ona görə də Rusiya çalışmalıdır ki, qırmızı xətti keçməsin. Bu gün Azərbaycanda rusdilli əhalinin sayı az deyil. Eyni zamanda Rusiyada işləyən, təhsil alan azərbaycanlılar var. Hər iki tərəf bir çox amilləri nəzərə almalıdır.
- Faktiki olaraq Azərbaycana qarşı təhdidlər var. Buna cavab olaraq hansı addımlar atılmalıdır?
- Bu bölgədə Azərbaycana yeganə dostu, müttəfiqi qardaş Türkiyədir. Qardaş ölkə ilə bütün istiqamətlərdə əlaqələr genişləndirilməlidir. Həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) ilə hərbi-siyasi müstəvidə münasibətlər möhkəmlənməlidir. Rusiya isə faktiki olaraq təklənib. Belarus, Şimali Koreyadan başqa Rusiyanın yanında heç bir ölkə yoxdur. Çin isə heç də özünü Rusiyanın dostu hesab etmir. Həmçinin Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti araşdırılmalıdır. Azərbaycanda rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşməməlidir. 5 il qabaq mən bu fikri Milli Məclisdə deyəndə çoxları başqa cür yanaşırdı. Əgər Rusiya Azərbaycanda rusdilli məktəblərin olmasını istəyirsə, onun maliyyələşməsini təmin etməlidir. Mən vəzifədə ikən və Milli Məclisin olduğum dönəmlər də daxil olmaqla 32 il idi ki, Rusiyaya getmirdim. Sonuncu dəfə 1992-ci ildə Rusiyada səfərdə olmuşam. 2023-cü ilin dekabrında Azərbaycan əsilli iş adamı Qod Nisanovun atası Semyon Nisanovun yas mərasimində iştirak etmək üçün Moskvada oldum. Rəhmətlik Semyon Nisanov mənim dostum idi. (Semyon Nisanov vaxtilə Qubanın ən böyük konserv zavodunun direktoru olub). Təxmini iki gün Rusiyada qaldım və oradakı vəziyyəti gördüm. Əvvəlki Rusiyadan, Moskvadan əsər-əlamət qalmamışdı. Ona görə də Rusiya rəhbərliyi öz günlərinə ağlamalıdır. Başqa dövlətlərin torpaqlarında, daxili işlərində maraqlı olmalı deyillər.
- Bu günlərdə Rusiyanın Azərbaycanda casus, agentura şəbəkəsinin olduğu açıqlandı. Şəbəkədə keçmiş yüksək çinli məmurların adları var. Sizin, bu məsələlərə münasibətiniz necədir?
- Azərbaycanda Rusiyaya bağlı, ora meyilli adamlar çoxdur. Bu kimi məsələlərin üzə çıxması üçün arxivlər açılmalı, kimin kim olduğu bilinməlidir. Vəzifədə, bəzi dövlət təşkilatlarında, seçkili orqanlarda Rusiyaya meyilli qüvvələr var. İndi mediada Rusiyaya işləyən bir neçə sabiq məmurun adı açıqlanıb. Əslində arxivlər açılsa, oradan elə adamların adları çıxacaq ki, bunlar, onların yanında heç kimdir. Amma bu qüvvələr unutmasın ki, indi onların nəsə etmək imkanları yoxdur. Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlamağa qadirdir. Prezident İlham Əliyev həmişə bu amili qeyd edib. Azərbaycan dövləti öz gəncliyinə arxalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi bunu bir daha sübut etdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu nazirlərə qadağa qoyub: Atəşkəs və əsir mübadiləsindən kimsə danışmasın

12 Fevral 2025 00:16see126

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

12 Fevral 2025 08:27see125

Ukrayna ordusu bu ərazidə mühasirəyə düşdü

12 Fevral 2025 00:04see123

Bu gün hansı bürcün bəxti gətirəcək?

12 Fevral 2025 08:34see122

Rusiyanın məşhur aparıcısı iflic olub

12 Fevral 2025 01:10see122

Şuşa abadlaşdırma ilə əlaqədar 361 min xərclənəcək

12 Fevral 2025 08:27see121

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

12 Fevral 2025 08:39see120

Münahisə etdiyi arvadını belə ÖLDÜRDÜ

12 Fevral 2025 16:50see118

Küçə musiqiçisi reper P.Diddini zorlamaqda ittiham edib

12 Fevral 2025 07:20see115

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

12 Fevral 2025 14:13see114

Suriya Rusiya və İrandan müsbət siqnallar aldığını açıqlayıb

12 Fevral 2025 15:54see113

ABŞ Energetika Nazirliyi Rusiya neft sənayesinə qarşı sanksiyaların nəticələrini açıqlayıb

12 Fevral 2025 07:54see113

Şvartsenegger oğlunun çılpaq səhnələrinə şərh verib…

12 Fevral 2025 20:07see110

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see110

“Bağdan”ın tomat pastaları kiflənib Foto

12 Fevral 2025 13:47see110

Fənərbaxça Futbol Akademiyasının inşasına başlanıldı

12 Fevral 2025 16:54see109

Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır Deputat

12 Fevral 2025 16:32see109

Rusiya Kiyevi raketlə vurdu: Ölən var

12 Fevral 2025 13:28see107

Avtomobil sənayesində tarixi birləşmə Sərfəli yeni model istehsal ediləcək KONKRET

12 Fevral 2025 09:21see107

Polşa Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb

12 Fevral 2025 01:13see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri