Icma.az
close
up
RU
32 ildən sonra Kəlbəcər sakinləri öz doğma yurd yuvalarına qayıdacaqlar, xoşbəxt bir həyat yaşayacaqlar

32 ildən sonra Kəlbəcər sakinləri öz doğma yurd yuvalarına qayıdacaqlar, xoşbəxt bir həyat yaşayacaqlar

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün işğaldan azad olunmuş ərazilərdə möhtəşəm dinc quruculuq, bərpa, abadlıq işləri görülür. Əlbəttə ki, bu, təbiidir. Çünki uzun müddət işğal altında olan bu torpaqlar öz sakinlərini gözləyir və bu torpaqlarda insanların yaşaması, yaratması Azərbaycanın iqtisadi inkişafı üçün və insanların həyat şəraitinin yaxşılaşması üçün zəruridir. Kəlbəcər də bu baxımdan tikilir, inkişaf edir. Cənab Prezident Kəlbəcərə səfəri zamanı öz çıxışında Kəlbəcərdə görülən işlərin aydın mənzərəsini yaratmış və dünyaya yeni bir mesaj vermişdir. Əlbəttə ki, bu quruculuq, sülh, azadlıq, insanların firavan yaşayışı mesajıdır. Cənab Prezident bildirmişdir ki, Kəlbəcər dünyanın ən mənzərəli yaraşıqlı məkanlarından biri olacaq və nəzərdə tutulur ki, hazırda dörd yaşayış kompleksi tikilib istifadəyə verilsin. Tez bir zamanda həmin əraziyə 10 mindən çox insanın yaşayışının təmin olunması gözlənilir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, cənab Prezident öz çıxışında Kəlbəcərin işğalından və işğala səbəb olan amillərdən geniş bəhs etmiş və bunu bir xəyanət adlandırmışdır, çünki Kəlbəcər o dövrdə strateji bir mövqe idi və Kəlbəcərin işğal altına düşməsi Azərbaycan torpaqlarının geniş miqyaslı işğalına imkan yaratdı: “Cənab Prezident həm də öz çıxışında bildirmişdi ki, artıq biz müharibədə qalib gəlmişik və 32 ildən sonra Kəlbəcər sakinləri öz doğma yurd-yuvalarına qayıdacaqlar, xoşbəxt bir həyat yaşayacaqlar. Həm də bildirdi ki, biz qururuq, yaradırıq. Biz sülhün tərəfdarı, təhlükəsizliyin tərəfdarıdır. Bu istiqamətdə əlimizdən gələn hər bir şeyi edirik. Prezident Ermənistanla münasibətlərə də toxundu və qeyd etdi ki, Ermənistanla sülhün təmin olunması, sülh müqaviləsinin bağlanması istiqamətində gedən işlər düşündürücüdür və gələcəyə doğru çox inamlı addımlar atılıb. Bu addımların təmin olunması Cənubi Qafqazda sülhün, demokratiyanın, təhlükəsizliyin bərpa edilməsidir. Cənab Prezident onu da bildirdi ki, biz heç bir dövlətin diktəsi ilə işləmirik, özümüzün müstəqil siyasətimiz və müstəqil yolumuz var, heç bir qüvvə bu yoldan bizi döndərə bilməz”.

Tahir Rzayev

“Kəlbəcər səfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti dünyada sabitlik və  sülh uğrunda mübarizə aparan bir rəhbərdir. Bu amal həm də insanların yaşayışına firavanlığına, bəşəriyyətin gələcəyinə xidmət edən bir məqsəddir”-deyən deputat vurğulayıb ki, ölkə rəhbəri öz çıxışında dəfələrlə dünya rəhbərlərini, bəşəriyyəti sülhə əmin amanlığa dəvət etdi və bildirdi ki, sülhün əvə min amanlığın yaradılması dünyada əlaqələrin genişləndirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafa xidmət edən bir yoldur və bu yolu tutmaq, bu yolda istəkləri ortaya qoymaq bəşəriyyətə bir faydadır.

“Kəlbəcər səfəri çox uğurlu bir səfər oldu. Əlbəttə ki, bu səfər ölkə rəhbərinin amalları, onun qoyduğu məqsəd qürurvericidir və Azərbaycan vətəndaşlarının gələcək inkişafına, ölkənin tərəqqisinə, dünyada sülhün bərpasına xidmət edir”-deyə Tahir Rzayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri