Icma.az
close
up
RU
32 yaşlı qadın Türkiyə vətəndaşı olan ərini bıçaqladı TƏFƏRRÜAT

32 yaşlı qadın Türkiyə vətəndaşı olan ərini bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda 1993-cü il təvəllüdlü Şəlalə ər-arvad münasibətində olduğu Türkiyə vətəndaşı Mahsuna (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 29 mart 2023-cü ildə baş verib. Şəlalə həmin gün saat 12:00-da yaşadıqları evdə vvəllər yaşadıqları Türkiyəyə qayıtmaq təklifinə etiraz etməsi səbəbindən ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı ünvanına nalayiq ifadələr işlətməsi, eləcə də baş və sifət nahiyəsinə əli ilə vurmaqla döyməsindən əsəbiləşərək mətbəxdən götürdüyü istintaqla müəyyən edilməyən bıçaqla həyat yoldaşı Mahsuna qarın nahiyəsinə bir dəfə zərbə vurub. 
Hadisəni törədən Şəlalənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəlalə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Mahsunla Türkiyədə rəsmi nikaha daxil olaraq ailə qurublar: “Birgə nikahdan iki övladımız var. Mahsunla münasibətlərimiz həmişə normal olub. Hadisədən əvvəl həyat yoldaşım və azyaşlı övladlarım ilə birlikdə Bakı şəhərinə gəldik. Birlikdə valideynlərimin evində yaşadıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 29-da həmin evdə həyat yoldaşı Mahsun ondan Türkiyəyə qayıtmaqlarını tələb edib: “Mən isə öz növbəmdə etirazımı bildirdiyimə görə aramızda ailə-məişət zəminində sözlə mübahisə yarandı. 3 il Bakıya gəlmədiyimə görə, daha artıq qalmaq istədiyim üçün ərimə dedim ki, sən getmək istəyirsənsə get, işlərindən qalma, mən burda uşaqlarla yay tətilini keçirdim, daha sonra gələrik.  Mahsun övladlarımızı götürərək özü ilə Türkiyəyə aparacağı ilə hədələdi, əli ilə məni bir neçə dəfə şillə ilə vurdu, məni təhqir etdi. Mənə dedi ki, sən qalmaq istəyirsən istədiyin qədər qal, mənim uşaqlarım Türkiyə vətəndaşlarıdır, mən onları götürüb aparacağam, onların üzlərini bir daha görməyəcəksən. Sonra Mahsun uşaqların əşyalarını çamadanlara yığmağa başladı. Uşaqların sənədlərini götürdü. Mən uşaqlarımı götürərək Türkiyəyə aparmasından sonra üzlərinin mənə göstərməyəcəyindən qorxdum. Buna görə də Mahsunu qorxutmaq məqsədi ilə mətbəx bıçağını götürdüm və dedim ki, uşaqlarımı aparsan özümə zərər verəcəyəm. Bu zaman mətbəxə anam gəldi. Əlimdə bıçağı görərək qışqırdı. Mənim səsimə Mahsun da  gəldi və mətbəx bıçağını əlimdən almağa çalışdı. Mən bıçağı buraxmafım. Bıçaq olan əlimi öz tərəfinə çəkərək əlimdən almağa çalışanda əlimi var qüvvəsi ilə özünə tərəf çəkəndə əlim boşaldı. Əlimdəki bıçaq Mahsunun qarnının sağ tərəfinə girdi. Mən qanı gördüm, həyacanlandım və özümü itirdim. Dərhal tampon elədim və ona ilkin tibbi yardım göstərdikdən sonra təcili yardıma zəng edərək həkim çağırdım. Özüm də xəstəxanaya onunla getdim”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, 2018-ci ilin yanvar ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə Türkiyə vətəndaşı Mahsun ilə tanış olub və aralarında səmimi münasibətlər yaranıb: “2018-ci ildə Türkiyənin Yalova şəhərində Mahsunla rəsmi nikaha daxil olduq və həmin şəhərdə yaşadıq. Birgə nikahımızdan 2018-ci il təvəllüdlü Ayla və 2021-ci il təvəllüdlü Uğur adlı övladlarımız oldu. Həyat yoldaşımla münasibətlərimiz həmişə normal olub”.
Şəlalənin sözlərinə görə, 2023-cü ildə onun sənədlərini qaydaya salmaq və gəzmək məqsədi ilə həyat yoldaşı, azyaşlı övladları ilə birlikdə Bakı şəhərinə gəliblər: “Birlikdə valideynlərimə məxsus evdə yaşadıq. Martın 29-da, saat 12:00-da yaşadığımız həmin evdə həyat yoldaşım Mahsun məndən Türkiyəyə qayıtmağımızı tələb etdi. Etirazımı bildirdiyimə görə aramızda ailə-məişət zəminində sözlə mübahisə yarandı. Mahsun məni övladlarımı götürərək özü ilə Türkiyəyə aparacağı ilə hədələdi. Bu zaman Mahsunun heç bir səbəb olmadan əli ilə baş və sifət nahiyələrimə bir neçə dəfə şillə vurdu. Mahusunu sakitləşdirməyə çalışmağıma baxmayaraq buna nail ola bilmədiyimə görə mətbəxə keçdim. Mahsun sakitləşməyərək məni təhqir edərək mətbəxə daxil olduğu, Mahusunu qorxutmaq məqsədi ilə mətbəx bıçağı sağ əli ilə götürərək mənə yaxın gəlməməsini tələb etdim. Bu zaman hər iki azyaşlı övladlarımın yanıma gələrək ağladılar. Mahsun üstümə hücum edərək uşaqları zorla aparmaq istədiyini, həmin vaxt sağ əlimdə olan mətbəx bıçağının qarnının sağ tərəfinə batdı”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şəlalənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza alıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri