Icma.az
close
up
RU
33 illik həsrət bitdi Rzayevlər ailəsi Xocalıda məskunlaşdı REPORTAJ

33 illik həsrət bitdi Rzayevlər ailəsi Xocalıda məskunlaşdı REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Oğuz-Xocalı, 31 yanvar, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən etnik təmizləmə və soyqırımı həyata keçirilən Xocalı düşməndən azad edildikdən sonra yenidən qurulur. Yeni yollar salınır, evlər tikilir, infrastruktur yaradılır... Bir vaxtlar güllə altında, min bir müsibətlə doğma torpaqlarını tərk etmiş Xocalı sakinləri öz vətənlərinə geri dönürlər. Ağrılı, dərdli günlər artıq geridə qalıb. Bu gün geniş abadlıq-quruculuq işlərinin aparıldığı Xocalıda indi həyat qaynayır.

Hər dəfə keçmiş məcburi köçkün ailələrinin doğma yurdlarına döndüklərini eşidəndə özümüzdən asılı olmayaraq, kövrək hisslər keçiririk. Neçə illər idi ki, onlar el-obalarından didərgin düşmüşdülər. Geri dönəcəkləri günü intizarla, həsrətlə gözləyirdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 33 illik həsrətə son verənlərdən biri də Oğuz rayonunda müvəqqəti məskunlaşan Rzayevlər ailəsidir. Bu ailədə bayram, toy əhval-ruhiyyəsi yaşanırdı. Hamı yır-yığışda, köç karvanını yola salmaqda idi.

Evlərindən, kənd-kəsəklərindən erməni işğalçılarının güllə yağışı altında çıxmış bu insanların bəziləri düşmən əlinə keçməmək üçün ev-eşiklərini qoyub, canlarını götürüb güclə qaça bilmişdilər. Bəziləri isə evinin qapısını tələm-tələsik qıfıllayıb, bir gün qayıtmaq ümidi ilə açarlarını özü ilə götürmüşdü. Bu dəhşətli, ağrı-acılarla dolu olan günlərdə tale onların alnına köçkün adı yazmışdı.

Rzayevlər ailəsi 33 il əvvəl Xocalı rayonundan didərgin düşüb və Oğuz şəhəri yaxınlığında “Azərbaycan 60” adlı məntəqədə məskunlaşmışdı. 33 il ərzində çox zülmlər, əziyyətlər görsələr də, doğulub boya-başa çatdıqları kəndə dönəcəklərinə ümidlərini üzmədilər.

Evin xanımı Sevda Rzayeva qaynanasının ona əmanət etdiyi xalçanı ötən illərdə göz bəbəyi kimi qoruyub. Tarixi əmanəti maşına yükləməzdən əvvəl bir də ona əl gəzdirir. “Mənim qaynanam bu gəbəni özü əlinin zəhməti ilə toxuyub. Bunu 35 il burada saxlamışam. İndi də balalarımla birgə onu doğma yurdumuza qaytarırıq” – deyir Sevda xanım.

Ailə başçısı Nofəl Rzayev isə bildirir ki, qardaşı döyüşlərdə şəhid olub, qohum-əqrabası güllə-barana tuş gəlib. Lakin şəhidlərin şücaəti nəticəsində bu gün o həsrət bitir. “33 il əvvəl Xocalı rayonundan məcburi köçkün düşmüşük. Oğuzda məskunlaşdıq. Qardaşım İldırım döyüşlərdə şəhid olub. 33 ildən sonra Ali Baş Komandanımızın iradəsi, rəhbərliyi, şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti nəticəsində ana yurda dönürük. Şəhidlərin ruhu qarşısında baş əyirik ki, bizi Vətənimizə qaytardılar”, - deyən Nofəl Rzayevin gözlərində sevinc yaşları gilələnir.

Ailənin köçə hazırlanmasında qohum-əqraba, qonşular da böyük həvəslə çalışır. Onların da bu qürurlu anı yaşayacaqlarına az qalıb. Xankəndi sakini Səxavət Əliyev deyir ki, bu gün el-obada bir bayramdır. Qonşular, qohumlar Rzayevlər ailəsini yola salmaq üçün toplaşıb. Səxavət Əliyev yaxın aylarda onların da doğma Xankəndiyə qayıdacağını səbirlə gözləyir.

Nəhayət, evin əşyaları yük maşınına yığılır. Ailə yola rəvan olur. El adəti üzrə yük karvanının arxasınca su atılır, xeyr-dua verilir. Beləcə, Rzayevlər ailəsi 33 illik həsrətin başa çatdığı yola çıxır. Maşında doğma el-obasını görməyin sevinc hisslərini yaşayan ailə üzvləri yol boyu ətrafı kədər qarışıq sevinc hissi ilə seyr edir, həm xoş, həm də ağrı-acı dolu xatirələri dilə gətirirlər. Nəhayət, maşın Xocalı yoluna daxil olur. Xocalı soyqırımının ağrı-acısını hələ də yaşayan Nofəlin gözləri dolur. O, şaxtalı-sızaqlı fevral gecəsində əli yalın qaçıb canını qurtarmağa çalışan həmyerlilərinin başına gətirilənləri bir daha yada salır. Qəhərlənir... Həm kədər, həm də sevinc hissi ilə doğma yurduna – Xocalı torpağına ayaq basır. Qəhrəman Azərbaycan əsgərinin Xocalı soyqırımını törədən qaniçənlərdən qisas aldığı doğma torpaqda olmağı sözlə ifadə edə bilmir...

Budur, köç karvanı Ballıca kəndinin mərkəzinə çatır. Ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri qarşılayır, onları təbrik edərək xoşbəxt və firavan həyat arzulayırlar. Mənzillərin açarları ailələrə təqdim edildikdən sonra hamı sevinə-sevinə evinə gedir. Biz də Rzayevlər ailəsi ilə birgə gedərək, sevinclərinə şərik oluruq.

Nofəl Rzayev özü ilə gətirdiyi Azərbaycan bayrağını evinin eyvanından asır. “Yolboyu gəldikcə həm 33 il əvvəlki hadisələri, hansı çətinliklərlə çıxdığımızı xatırlayıb kədərlənir, həm də yenidən doğma torpaqlara qayıtdığımız üçün sevinirdim. Bu gün sevincinimizin həddi-hüdudu yoxdur. Axır ki, Vətən həsrətimiz başa çatdı, doğma yerlərimizə gəldik. Şəhidlərimizin qarşısında baş əyirəm. Sağ olsun Ali Baş Komandanımız, var olsun Ordumuz”, -deyə o, sevincini dilə gətirir.

Rzayevlər ailəsi yük avtomobili ilə gətirdikləri əşyaları evə daşıyırlar. Evin xanımı Sevda Rzayeva 33 il əvvəl Xocalını tərk edərkən özləri ilə apardıqları, qaynanasının yadigarı olan xalçanı otaqların birinə sərir: “Bu xalça evimizin ən dəyərli əşyasıdır. 33 il qoruyub, yenidən Vətənimə gətirmişəm. Sevincimdən danışa bilmirəm. Dağlarımızı, doğma torpaqlarımızı görəndə necə hiss olar?! Allah xalqımıza bir də pis günlər yaşatmasın”.

Bəli, hər bir Xocalı sakini kimi, Rzayevlər ailəsi də bu gün xoşbəxtdir. Çünki Xocalı da daxil olmaqla, bütün torpaqlarımız azad edilib. Vətən həsrəti bitib. Qarabağın, Xocalının işğaldan azad edilməsi ilə həm də bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri