33 yaşlı boksçu Priçard Kolon vəfat edib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 14 avqust, AZƏRTAC
Puerto-Rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə onun atası sosial şəbəkələrdə məlumat paylaşıb.
Kolon 2015-ci il oktyabrın 17-də ABŞ-da məğlubedilməz Terrel Uilyamsla döyüşdən sonra kədərli şöhrət qazanmışdı. Həmin görüşdə Priçard başın ənsə nahiyəsinə çoxsaylı zərbələr almışdı. Boksda bu cür hərəkətlər qətiyyən qadağandır.
Doqquzuncu raundda iki dəfə nokdauna düşdükdən sonra Kolonun məşqçilər heyəti döyüşü davam etdirməkdən imtina etmək qərarına gəldi. Diskvalifikasiyadan sonra qələbə Terrelə verildi. Sonradan həkimlər Priçarda beyinə qan sızması diaqnozu qoydular, bundan sonra o, yeddi ay komada qaldı. Bu, onun son boks döyüşü oldu.
Komadan ayıldıqdan sonra Kolon aldığı beyin zədələrindən tam sağala bilmədi.
Baxış sayı:164
Bu xəbər 14 Avqust 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















