Icma.az
close
up
RU
“34 mini həyətində alıb qəbzi vermədi, yazışmalar var” “Səbail”in prezidenti

“34 mini həyətində alıb qəbzi vermədi, yazışmalar var” “Səbail”in prezidenti

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Səbail” FK ilə “YAARA” MMC arasında akademiyanın futbol geyimlərinin hazırlanması ilə bağlı anlaşmazlıq yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub bəyanat yayıb.

Bakı klubu bildirib ki, cari ilin sentyabrın 11-də

“YAARA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalanıb, ancaq sözügedən şirkət öhdəlikləri yerinə yetirməkdən imtina edib:

“Müqaviləyə əsasən, anlaşdığımız tekstil şirkəti klubumuzun akademiyası üçün ümumilikdə ƏDV daxil 85.255 AZN məbləğində futbol geyim dəstləri hazırlanmasını üzərinə götürüb. Lakin sonradan “YAARA” biz tərəfdən 33.350 AZN məbləğdə avans ödənişi edilmədiyini əsas gətirib.  Halbuki, “Səbail” klubu müqavilədə əksini tapan 60 faizlik avans ödənişini həyata keçirib. Tərəfimizdən müqavilə üzrə ümumilikdə 53.000 AZN məbləğində ödəniş həyata keçirilib”.

Şirkətin ittihamlarından sonra “Səbail” klubunun İdarə Heyətinin sədri Mirzə Bayrampur da müsahibə verib.

Klub rəsmisi bildirib ki, 34 min manat nağd şəkildə adıçəkilən şirkətin təsisçisi və direktoru Yaqut Bayrama verilib:

“Yaqut Bayram 34 min manatı, yəni 20 min ABŞ dollarını oktyabrın 2-də öz evinin həyətində təhvil aldığını təsdiqləyib. Bununla bağlı “WhatsApp” yazışmamız da var. Həmin şəxs 34 min manat, yəni 20 min dolları təhvil aldığını yazıb. Biz də izah edirik ki, bu pulu nağd şəkildə qəbul etmisinizsə və vergidən yayınma halı yoxdursa, kassa mədaxil qəbzini bizə təqdim edin. Ancaq heç bir sənəd təqdim edilmir. Əvəzində bizdən bütün məbləği ödəməyimiz tələb olunur. Sonradan gəlib dedilər ki, “100 faiz ödəniş etməlisiniz”.  

Bizə “pretenziya” məktubu göndəriblər ki, “20 min dollar məsələsi ümumiyyətlə olmayıb, həmin pulu almamışıq”. Halbuki insan almadığı bir məbləği niyə qəbul etdiyini yazsın?

20 min dollardan əlavə noyabrın 5-də 9 və 10 min manat  ödəmişik. Normalda vergidən yayınan şirkətlər belə edirlər. Pulu qəbul edirlər, amma rəsmi qaydada sənədləşdirmirlər. Biz 250 ədəd ekipirovka və 500 ədəd oyun dəsti sifariş etmişik. Bir neçə komandamız üçün yalnız oyun formalarını gətirib təhvil veriblər. İki-üç komandamıza həmin formaları veriblər ki, uşaqlar geyinsinlər. Bununla da məsələ bitib. Digər ekipirovkalar, çantalar və sair məhsulların heç biri bizə təhvil verilməyib. Halbuki kifayət qədər çox məhsul sifariş etmişik.Artıq bu məsələ ilə bağlı tədbir görmüşük. Kommersiya məhkəməsindən tutmuş bir çox instansiyaya müraciət ünvanlamışıq. Özümüzə borc bildik ki, düzüksə, niyə sakit qalmalıyıq?”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri