341 il sonra tarixi qərar insanı mal hesab edən qanun ləğv olundu
Icma.az, Milli.az saytına istinadən bildirir.
Fransada 1685-ci ildən qüvvədə olan və koloniyalarda köləlik sistemini tənzimləyən "Qara Kodeks" (Code Noir) rəsmi şəkildə ləğv edilib.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, Fransa Milli Assambleyasının qərarı ilə qəbul edilən sənəd ölkənin müstəmləkəçilik dövründən qalan ən mübahisəli hüquqi aktlarından birinin qüvvədən düşməsi ilə nəticələnib.
"Qara Kodeks" kölələri hüquqi baxımdan "daşınar əmlak" kimi qiymətləndirirdi və insanlara mülkiyyət kimi yanaşılmasına hüquqi əsas yaradırdı.
Fransada köləlik hələ 1848-ci ildə qadağan edilsə də, həmin kral fərmanları formal olaraq hüquqi sistemdən çıxarılmamışdı. Milli Assambleyada keçirilən səsvermədə iştirak edən 254 deputatın hamısı qanunun ləğvinin lehinə səs verib.
Yeni qanun layihəsinə əsasən, köləlik və qul ticarətinin tarixi məktəb proqramlarında daha geniş şəkildə tədris olunacaq. Sənədin tam qüvvəyə minməsi üçün indi Fransa Senatının da təsdiqi tələb olunur.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 29 May 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















