Icma.az
close
up
RU
35 il ərzində heç vaxt meyvə tərəvəz yeməyən britaniyalı kişinin başına nə gəldi?

35 il ərzində heç vaxt meyvə tərəvəz yeməyən britaniyalı kişinin başına nə gəldi?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyada qidalanma pozğunluğundan (ARFID) əziyyət çəkən 35 yaşlı Tomas Şeridan meyvə, tərəvəz, yumurta və ya ət yemək düşüncəsinin belə ona ürəkbulanma hissi yaratdığını bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Oddity Central" nəşri yazıb.

Tomas uşaqlıqdan yalnız ağ çörək, quru səhər yeməkləri və şirniyyat yeyir. Bu isə onun sağlamlığına və iş qabiliyyətinə ciddi təsir göstərir.

Məlumata görə, Tomasın gündəlik rasionu çox məhduddur: adətən, iki ağ çörək, üç kasa quru səhər yeməyi və bol jele konfetlərindən ibarət olur. Bu məhdud qidalanma səbəbindən, o, zülal və vitamin əlavələri qəbul etməli olur.

Bir neçə il əvvəl işsiz olduğu zaman britaniyalıya qidalanma pozğunluğu diaqnozu qoyulub. Bu pozğunluq ona müəyyən qidaları yeməkdə maneə yaradır. Müalicənin bir neçə cəhdinə baxmayaraq, Tomasın gündəlik rasionu hələ də çox məhdud olaraq qalır.

"Bir dəfə yumurta və kolbasadan ibarət sendviç hazırlamağa çalışdım, amma ürəyim bulandı", - deyə Şeridan qeyd edib.

Tomasın valideynləri isə bildiriblər ki, oğulları 18 aylıq olarkən, müəyyən qidalardan imtina etməyə başlayıb. Bir gün körpə sadəcə "ağzını yumub" və onu meyvə-tərəvəzlə qidalandırmağa cəhdlər uğursuz olub. Məktəbdə isə Tomas nahar üçün evə tost yeməyə getməyə icazə verilib, çünki yeməkxanada yemək yeməkdə çətinlik çəkib.

Yetkinlik dövründə müəyyən qidalara qarşı ikrah hissi Tomasın həyatını çətinləşdirib və iş tapmaqda ciddi əngəllər yaradıb. "Axırıncı dəfə 10 gün işlədiyim zaman 9,5 kq arıqlamışdım", - deyə Tomas qeyd edib.

Hazırda Tomas Şeridan hipnoterapiya üçün 8 000 dollar toplamağa çalışır, baxmayaraq ki, bunun onun sağalmasına kömək edəcəyinə dair heç bir zəmanət yoxdur.

Mütəxəssislərin sözlərinə görə, ARFID (Avoidant/Restrictive Food Intake Disorder) qidalanma pozğunluğu olan insanlar müəyyən qidalara qarşı güclü qorxu hissi yaşaya bilərlər. Bu vəziyyət ciddi qida çatışmazlığına, çəki itkisinə və sosial izolyasiyaya səbəb ola bilər.

Müalicə adətən koqnitiv-davranış terapiyasını, bəzi hallarda isə narahatlıq pozğunluqları üçün medikamentoz müalicəni əhatə edir. Ağır hallarda isə xəstəxanaya yerləşdirilmə tələb oluna bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri