35 zapravkanın fəaliyyəti məhdudlaşdırıldı
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb, onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib.
O bildirib ki, kustar üsulla hazırlanmış, müəyyən standartlara cavab verməyən kranlar - qurğular qeydiyyata alınmır:
"Bu qurğuların biz tərəfdən istismarına icazə verilmir. Həmçinin yanacaq doldurma məntəqələri də təhlükə potensiallı obyekt hesab olunur. Onları mütəmadi yoxlayırıq və müəyyən məhdudlaşdırma tədbirləri həyata keçirilir. Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb. Onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib".
Baxış sayı:87
Bu xəbər 10 Fevral 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















