Icma.az
close
up
RU
37 illik qanlı tarix: Qarabağın ilk şəhidləri, Əli və Bəxtiyar....

37 illik qanlı tarix: Qarabağın ilk şəhidləri, Əli və Bəxtiyar....

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Bu gün Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günüdür.

Adalet.az xəbər verir ki, ilk şəhidlərimizin Qarabağın Əsgəran bölgəsində Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olmasından 37 il ötür. İlk igidlərimizin can qurban etdiyi Qarabağ hadisələrinin ilk başlanğıc tarixi belə başlanmışdı.  Beləki, 1988-ci il fevralın 20-də DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.

Haqqı tapdanan ,əli konstitusiyadan və ədalət prinsiplərindən çıxmış Azərbaycan xalqı anlayırdı ki, Qorbacova ümid edib problemin həllinə nail olmaq artıq gecdir. Odur ki, fevralın 19-da Bakıda nümayiş keçirilir. Amma bu mitinq azərbaycanlıları sakitləşdirmir. Eyni zamanda fevralın 19-da Ağdamda da mitinqlər başlayır. Mitinq 3 gün davam edir. Fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə

baxılacağı barədə məlumat gəldi.

22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən azərbaycanlılar birbaşa Xankəndinə doğru yürüşə çıxdılar. Əsgəran yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli (1966-cı il təvəllüd) və Bəxtiyar (1959-cu il təvəllüd) adlı iki azərbaycanlı gənc həlak oldu.

1985-1991-ci illərdə SSRİ DTK sədrinin birinci müavini işləmiş Filip Bobkov özünün “DTK və hakimiyyət” adlı əsərində bu barədə yazır: "Fakt faktlığında qalır. İlk qurbanlar azərbaycanlılar oldu. Münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər". Qeyd etmək lazımdır ki, ermənilərin iddia etdiyi kimi yox məhz azərbaycanlılar münaqişənin ilk qurbanları idi. Həmin gün 2 şəhidlə bərabər 17 Ağdamlı gənc də yaralandı.

O vaxt hadisə şahidlərindən biri olmuş Təhmasib Novruzov xatirələrini ”Vətən səsi” qəzetində bölüşərək yazır:” 1988-ci il 16 fevral. “Hayastan” deyə bağıran ermənilərə ilk dəfə Ağdamda bildirildi ki, bu xalq yaşayır və öz Vətənini qorumağa qadirdir. Fevralın 19-da Ağdamda başlanan mitinq 3 gün davam etdi.

Fevralın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə baxılacağı barədə məlumat gəldi. 22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən ağdamlılar birbaşa Xankəndinə doğru yürüşə çıxdılar... Həmin gün 2 şəhid, 17 yaralı verən Ağdam gənclərinə bundan sonrakı münasibət barədə 2 epizodu yada salmaq kifayətdir:

Fevralın 24-də “Bakıdan gələn şura hökuməti”nin nümayəndəsi (Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini –red Əntiqə Rəşid) Telman Orucov yığıncaq keçirirdi. İki gün əvvəlki hadisədə yaralanmış bir neçə gənci xəstəxanadan iclas zalına gətirdilər. Telman Orucov üzünü yaralılara tutaraq dedi ki, “gərək o güllə sizin alnınıza dəyəydi...”

Torpaq uğrunda canından keçməyə hazır olan gənclərin “mükafat”ı belə oldu! Daha sonra rayon milisi “fəaliyyətə” başladı. Yürüş iştirakçıları şöbəyə çağırılıb qorxudulur, pul müqabilində “məsuliyyət”dən azad edilirdilər. Və beləcə, adamların mübarizə ruhu “söndürülürdü. 21 sentyabr 1988-ci il. Moskva bacarıqsız respublika rəhbərlərindən istifadə edərək güclü bir gedişə əl atdı. Kemiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) və Ağdamda xüsusi vəziyyət elan edildi. Ermənilərin ən çox ehtiyat etdikləri Ağdamı Moskva nəzarətə aldı.”...

Faciənin içindən “Qarabağ” sayıqlaması

Münaqişə günü –gündən daha dəhşətli həddə düşür, azərbaycanlıları yaxıb-yıxıb keçirdi. Bu yerdə oxucularımıza bir nüansı da xatırlatmaq yerinə düşərdi: 1988-ci ilin noyabrın 1-də erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqın edərək 40-dan çox azərbaycanlını vəhşicəsinə qətlə yetirdi, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq evlərini tərk etməyə məcbur edildi.

1988-ci il dekabrın 7-də yerli vaxtla səhər saat 11:41-də Ermənistanda 7,2 bal gücündə zəlzələ baş verdi. Zəlzələ baş verən gün Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov Amerika Birləşmiş Ştatlarında səfərdə olub. Bu səfərdən sonra onun Kubaya da səfəri planlaşdırılıb. Qorbaçov rəsmi səfərini yarımçıq qoyaraq Moskvaya, oradan isə Ermənistana səfər edib. Zəlzələdən zərərçəkənlərlə görüş zamanı Qorbaçov dünya dövlətlərinə yardım üçün müraciət edib.

Baş katibin imzaladığı sərəncamla 10 dekabr 1988-ci ildə SSRİ-də matəm günü elan olunub.Baş katiblə zərəçəkmiş ermənilərin görüşü zamanı ən maraqlı məqamlardan biri o olub ki, bu görüşdə Qorbaçova daha çox Qarabağ məsələsi ilə bağlı sual ünvanlayıblar. Sözsüz ki, bu suallar Qorbaçovu təəccübləndirib.Yeri gəlmişkən, 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər.Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.

Ermənistan belə vəhşilikləri şkala üzrə yüksəldə-yüksəldə münaqişəni artıq 1990-cı ildə böyük bir müharibəyə dönüşdürə bildi.

P.S. Həmin günlərdə azərbaycanlılara atəş açan ermənilər dövləti və xalqı tərəfindən qəhrəman kimi qəbul edilərkən Azərbaycanda bunun tam əksi idi. Çünki mitinqə gedənlər o vaxt milis  idarələrinə çağrılır ,"ekstimis" hərəkətlərinə görə, döyülür, təhqir edilir, cərimələnir  və yaxud təcridxanaya salınırdı.  Həbs edilənlərin yaxınları  günlərlər  milis idarələrinin qarşısında qalır, son anda milislərin tələb etdiyi pulu (cəriməni) verib övladlarını milisdən qurtarırdılar. Mübarizənin  ilk günündən Vətən təəssübü çəkən vətəndaşlara qarşı müxtəlif "şərləmə" kampaniyaları da başladıldı.  Yadımdadır ki, Ağdam rayon Qərvənd kəndində kolxozçulara veriləcək taxıl mənimsəməsinə etiraz edən və camaatın da etiraz edib haqqını almasına şərit yaradan   siyasətçi  olan (Qərvənd) Camal Əhmədov həmin günlərdə kolxoz sədri Sosialist əməyi qəhrəmanı  şərlənərək həbs edildi. Həbs səbəb isə guya C. Əhmədovun əhalini silahlandırması idi. Halbuki o vaxt çox az evdə  ov tüfəngi vardı. Bu iddiadan sonra dağılan Sovet Ordusunun  Stepanakertdə yerləşən 366-cı polku  kəndi nəzarətə götürdü. Dişinə qədər silahlanmış polkun xüsusi təyinatlı əsgər və zabitləri  evlərə girir, insanlarda qorxu təşviş yaradır, evi ələk-vələk edilir, həyəti,  pəyəsi, əl damı, ot tayası, tualeti belə axtarılırdı. Rusiyaya, sovet hökümətinə canla-başla qulluq etməkdən zövq alan azərbaycanlıların, yaltaqlığı, satqınlığı, xəyanaəti Qarabağa faciələrinə yol açdı.  10 minlərlə igidimiz şəhid oldu, torpağlarımız iğğala , insanlarımız deportasiyaya məruz qaldı.  33 torpağımızın işğalda qalmasının səbəbi tək silah , qüvvə, komandan çatışmağlığı deyildi!Həm də xəyanət idi, rusun ayağını yalamaq, sovetlərə sadiqlik , yadellilərin verdiyi tapşırıqları yerinə yetirmək, sadə insanları əzərək, qorxudaraq müti hala çevrilməsini  təmin etmək idi.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Əntiqə Rəşid

(Yazarın arxivi -2022-ci il )

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri