Icma.az
close
up
RU
37 yaşlı kişi iş yoldaşını aldatdı

37 yaşlı kişi iş yoldaşını aldatdı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xəzər rayonunda 37 yaşlı kişi keçmiş iş yoldaşına qarşı dələduzluq edib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü İlqar Vəliyev sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin əvvəllərində Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən restoranlardan birində onunla bir yerdə işlədiyi tanışı Elmar Babayevin (ad-soyadlar şərtidir – red.) işdən çıxmaq istəməsini, daha yüksək əməkhaqqısı olan digər iş yeri axtarmasını və əlində 3000 manat məbləğində nağd pulu olmasını bilib. 
O, Elmara özünü işgüzar şəxs kimi göstərib və müxtəlif Mənzil İstismar İdarələrində yaxın tanışlarının olduğunu deyib. Bu adla onu aldadaraq 2500 manat məbləğində pul verdiyi halda onu Şüvəlan qəsəbəsi ərazisində yerləşən Mənzil İstismar İdarəsində məsləhətçi vəzifəsinə işə düzəltdirəcəyinə dair yalan vəd verib. 
Eyni zamanda kiminləsə bu barədə telefon danışığı aparması görüntüsü yaradaraq həmin ilin aprelin 1-də işə başlayacağına inandırıb. Zərərçəkmişlə razılaşdıqdan sonra istintaqla tarixini dəqiqləşdirmək mümkün olmayan 2024-cü il mart ayının ortalarında iş yerində olduqları vaxt restoranında nömrəsiz müştəri otağında Elmardan videogörüntü çəkilişi ilə 2500 manat məbləğində nağd pul alıb. 
İlqar Vəliyev həmin vəsaiti öz şəxsi ehtiyacına sərf edib və verdiyi vədə əməl etməyib. O, zərərçəkmiş şəxsin 2500 manat məbləğində ziyan vurub. 
Onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı tamamilə ödəyib. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri