Icma.az
close
up
RU
38 illik qaçqınlığın sonu olacaqmı?

38 illik qaçqınlığın sonu olacaqmı?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universiteti ilə Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilmiş “Qərbi Azərbaycana qayıdış milli ideyanın yeni mərhələsi kimi” I beynəlxalq elmi konfransın işindən böyük təəssüratla ayrıldıq.

Bu, bir sübuta ehtiyacı olmayan gerçəkdir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız mədəni maraqdan və ya nostalji bağlılıqdan ibarət deyildir. Öz məsuliyyətini və öhdəliyini dərk edən bir insan kimi burada ifadə etmək istəyirəm ki, Türkiyədə Qərbi Azərbaycan məsələsi tarixi bir mövzu kimi qiymətləndirilir. Hamımızın bildiyi kimi, Səlcuqlular dövründən etibarən türklərin yaşadığı bu torpaqlar Sovet İttifaqı dövründə ermənilərin nəzarətinə keçmişdir.

Yüz il əvvələ qədər öz mədəni, dini, dil və siyasi kimliyi ilə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların zəngin mədəni irsi, tarixi abidələri, məscidləri və qəbiristanlıqları bu gün artıq mövcud deyildir.Uzunmüddətli, məqsədyönlü və sistemli assimilyasiya siyasətinin nəticəsi olaraq bu gün Qərbi Azərbaycanda yer, çay, göl və dağ adları dəyişdirilmiş, bununla da ermənilər süni bir “Ermənistan” obrazı yaratmağa çalışmışlar.

Əgər Göyçə gölü “Sevan”, Zəngi çayı “Hrazdan”, Alagöz dağı isə “Araqats” adlandırılırsa, bu, erməni şovinizminin açıq nümunəsidir. Allahverdi rayonuna “Tumanyan”, Hamamlı rayonuna isə “Spitak” adının verilməsi kimi, ümumilikdə, türk mənşəli 717 inzibati-ərazi adının dəyişdirilməsi də həmin şovinist və dağıdıcı yanaşmanın başqa bir nümunəsidir.

Bəs adlar dəyişdirilərkən orada yaşayan insanlara nə tətbiq olunurdu? Onlara tətbiq olunan sürgün idi. Azərbaycana məxsus izlər silinmiş, aparılan etnik təmizləmə siyasəti və Zəngəzurun Ermənistana verilməsi nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın quru əlaqəsi kəsilmiş, bölgənin tarixi yenidən yazılmağa çalışılmışdır.

Burada bir anlıq dayanaq: Bunlar hamımızın bildiyi həqiqətlərdir! Qərbi Azərbaycanla bağlı toplantıların keçirilməsi yaxşıdır, zəruridir və doğru addımdır. Lakin bu, kifayət etmir. Bəs bu gün biz nə etməliyik?

Əvvəla, Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdə müzakirə olunmasını təmin etməliyik. Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları tərəfindən dünyanın əsas mərkəzlərində bu mövzu diqqətlə, hüquqi normalara uyğun şəkildə, yorulmadan və səbir göstərilərək daim gündəmdə saxlanılmalıdır. Tarixi irsin qorunması baxımından UNESCO nəzdində təşəbbüslər irəli sürülməli, qalan abidələrin və mədəni irs nümunələrinin qorunması və yaşadılması təmin edilməlidir.

Birləşmiş Millətlər Təşkilatı çərçivəsində də təşəbbüslər göstərilməli və insanların öz doğma torpaqlarında yaşamaq hüququnun təmin olunacağı günədək bu məsələ beynəlxalq gündəmdə saxlanılmalıdır. Beynəlxalq panellərdə və insan hüquqları təşkilatlarında hüquqi sənədlər və faktlar əsasında haqlı mövqeyimizin müdafiəsi vacibdir. Akademik və diplomatik platformalarda olduğu kimi, ictimai təşəbbüslər vasitəsilə də haqlı olduğumuzu hər fürsətdə anlatmalıyıq.

Bu arada sosial media da diqqətdən kənarda qalmamalıdır. Bölgənin ədəbi və bədii dəyərləri də mədəni irsin yaşadılması məqsədilə dünyanın müxtəlif mərkəzlərində keçiriləcək tədbirlər vasitəsilə gündəmdə saxlanılmalıdır. Hətta xaricdə təhsil alan gənclərimiz də öz əcnəbi dostlarına bölgəni tanıdan və bu həqiqətləri izah edən tədbirlərə təşviq edilməlidirlər.

Biz bunları Qərbi Azərbaycandan olan qardaşlarımız qarşısında, onların insanca yaşamaq hüququ naminə etməyə borcluyuq. Hər şeydən önəmlisi isə bu torpaqların insanlarının təhlükəsiz, ləyaqətli və sülh yolu ilə ata-baba yurdlarına qayıdışının təmin olunmasına çalışmalıyıq. Əgər bölgədə davamlı sülh arzu olunursa, Ermənistan dövləti Qərbi azərbaycanlıların orada insanca yaşamaq hüququnu tanımağa və təmin etməyə borcludur.

Bunlar hamımızın bildiyi həqiqətlərdir. Unutmamalıyıq ki, hüquq axtarmaq bir azadlıqdır. Başqa sözlə, ədalətin bərqərar olunması, haqqın əldə edilməsi və haqsızlığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərmək ən sivil üsuldur. Məsələyə məhz bu prizmadan yanaşmalıyıq.

Mənim təklifim ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatının milli, etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqlarının müdafiəsi mexanizmlərinə müraciət edilməli, eyni zamanda, Avropa Şurasının müvafiq çərçivə konvensiyalarına və ATƏT-in Kopenhagen Sənədinə əsaslanaraq hüquqların müdafiəsi istiqamətində fəaliyyət göstərilməlidir. Bu hüquqların müdafiəsi zamanı xüsusi vurğulamaq lazımdır ki, tələb olunan hüquq yeni yaradılan deyil, mövcud olan hüquqdur. Bu, həm də mənəvi bir hüquqdur. Bir qədər emosional danışmalı olsam, deyərəm ki: Ermənilər yalan danışırlar.

Tarixi tədqiqatlara və arxiv sənədlərinə inanmırlar. Həmişə üçüncü tərəfləri prosesə cəlb etməkdən çəkinmirlər. Məntiqin və ağılın yolunu qəbul etmirlər. Belə olan halda, bizim üzərimizə düşən vəzifə bu məsələnin beynəlxalq platformalardan kənarda qalmasına imkan verməməkdir. Lakin bunu onların vaxtilə etdikləri kimi od və qan yolu ilə deyil, insani bir haqqın təntənəsi kimi həyata keçirməliyik. İnanıram ki, bu həm bizim, həm də Ermənistan tərəfinin məsuliyyətidir.

Azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı bir hüquqdur. Bu, beynəlxalq hüquq normalarına görə ədalətin və hüququn tələbidir. Etik baxımdan yanaşdıqda isə bu məsələnin həll edilməməsi beynəlxalq miqyasda utanc doğuran bir vəziyyətdir.

Əxlaqi meyarlar prizmasından yanaşsaq, buna qarşı arqument tapmaq mümkün deyil. Buna görə də mən bu hüququn, ədalətin, etik və mənəvi dəyərlərin qorunmasını, yaşadılmasını və müdafiəsini bəşəri bir vəzifə hesab edirəm. Bu məsələnin müzakirə olunması, gündəmdə saxlanılması həm mədəni irsin qorunması, həm də beynəlxalq məlumatlılığın artırılması baxımından mühüm və zəruridir. Qısaca desək, bizim vəzifəmiz Qərbi Azərbaycan həqiqətlərini daha çox insana və daha çox beynəlxalq quruma çatdırmaqdır.

Akkan SUVER,
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2026 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri