38 yaşlı oyunçu ilə qan təzələdilər
Milli.az saytına istinadən Icma.az xəbər verir.
"Selta" klubu təcrübəli hücumçu Yaqo Aspas ilə yeni müqavilə imzalayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, futbolçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.
38 yaşlı forvardın daha bir mövsüm komandanın heyətində çıxış edərək klubun uğurları üçün mübarizə aparacağı bildirilib.
Məlumata görə, Yaqo Aspas futbolçu karyerasını başa vurduqdan sonra da "Selta"dan ayrılmayacaq. Klub rəhbərliyi onun gələcəkdə struktur daxilində fəaliyyət göstərəcəyini açıqlayıb.
Qeyd edək ki, "Selta" akademiyasının yetirməsi olan Aspas komanda tarixinin ən çox oyun keçirən və ən çox qol vuran futbolçusu hesab olunur. Təcrübəli hücumçu uzun illərdir klubun əsas simalarından biri kimi tanınır.
Hüseyn
Milli.Az
Baxış sayı:97
Bu xəbər 21 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















