Icma.az
close
up
RU
4 milyard manat ölkədən NECƏ OĞURLANIB Elə faktlar var ki...

4 milyard manat ölkədən NECƏ OĞURLANIB Elə faktlar var ki...

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hacıyevlərin “qara günləri” hələ qabaqdadır; talanan vəsaitlərin necə çıxarılması gündəmə gəlib

London korrupsioner varlılar üçün sakit cənnət yeri olmağı imtina edəndən - 2018-ci ilin mayından Cahangir və Zamirə Hacıyevlərin adı gündəmdədir. Onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri olan Cahangir Hacıyev barəsində 2 məhkəmə hökmü var.

O, ilkin olaraq bir mənimsəmə epizoduna görə mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin bundan sonra digər cinayət işləri də məhkəməyə göndərilib. Məhkəmə işinin birinci mərhələsində Cahangir Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, sonrakı məhkəmədə söhbət milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedirdi. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Cahangir Hacıyev heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricə səpələnən kreditlər verməkdə ittiham olunurdu. Məlum olmuşdu ki, yarıdan çoxu dövlətə məxsus bankın vəsaitləri hesabına Cahangir Hacıyev  Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”nun yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib.  Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin, xadimələrin, bağbanların adına kreditlər rəsmiləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsmiləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması kimi faktlar vardı. Cahangir Hacıyev sədr olanda mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü ilə seçilirdi. Monetar payçıların qəpik-quruşunu ödəməkdən yayınır, bunun əvəzində mükafat və fəxri adlar almaq üçün hər il bir neçə milyon xərcləyirdi. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi. Adi vətəndaşın Beynəlxalq Bankdan bir neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit almaq şansının faktiki olaraq mümkünsüz olduğu halda Cahangir Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini öz cibi bilirdi.

Həbsindən sonra onunla bərabər talançılıqda iştirak edənlər də istintaqa cəlb olundular. Tutulanlardan biri də Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq idi. Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biri idi.  Bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısı hesab olunurdu. O, Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanı mənimsəməkdə ittiham olunurdu. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Həbs olunanlardan biri də sabiq milli təhlükəsizlik naziri, Cahangir Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayev idi. O da Cahangir Hacıyevlə birgə mənimsəmələrə görə tutulmuşdu.

Beynəlxalq Bankda baş verən talamalar nəticə etibarı ilə Azərbaycan dövlətini 3 milyard dollarlıq borca saldı. Bu məbləğ Beynəlxalq Bankın xilası üçün ayrıldığı günlərdə Ermənistanın dövlət büdcəsinin xərclərindən çox idi. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri təxminən 3 milyard dollar idi. Cahangir Hacıyev başının  dəstə ilə 4 milyarddan artıq vəsaiti Beynəlxalq Bankdan “xortumlayıb” ofşorlara daşımışdlar.

Cahangir Hacıyev Azərbaycanda məhkəmə önündə dayandığı günlərdə London Ali Məhkəməsi onun keçmiş dövlət bankiri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya sorğu göndərdi. Zamirə Hacıyevadan 10 il ərzində Londonun məşhur dükanı Harrods-da xərclədiyi 21 milyon dollar pulu haradan aldığını açıqlaması tələb olundu.

Məlum oldu ki, Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib. Bundan əlavə, məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - "Mill Ride Golf Club"u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb. Artıq Zamirə Hacıyevanın Londondakı malikanəsi və qolf klubu satışa çıxarılıb. Mal-mülkə ilkin olaraq 19 milyon 500 min funt sterlinq qiymət qoyulub. Zamirə Hacıyeva Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 illik təhqiqatından sonra Askotdakı qolf klubun və Naytsbricdəki evinin müsadirəsinə razılaşıb. Ötən ilin payızında bu aktivlərin satışa çıxarılacağı bilinib. Zamirə Hacıyevaya əmlakların hərracla satışından əldə edilən məbləğin 30 faizi veriləcək. 70 faizdən isə Milli Cinayət Agentliyinin xərcləri çıxılacaq və sonra yerdə qalan vəsait Azərbaycana qaytarılacaq. 

​​​​​​Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:756
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Mart 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri