Icma.az
close
up
RU
Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır Vitali Yakovlev

Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır Vitali Yakovlev

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Sonrakı maliyyələşmə mərhələlərinə çıxışın məhdud olması Azərbaycanın vençur ekosisteminin gələcək inkişafına mane olan əsas amillərdən biri olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə KPMG-nin Azərbaycandakı rəhbəri, eləcə də KPMG-nin Qafqaz və Mərkəzi Asiya regionunda infrastruktur sektorunun rəhbəri Vitali Yakovlev noyabrın 29-da Bakıda "PASHA Holding" tərəfindən təşkil olunan ikinci "INMerge" investisiya forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, startap ekosisteminin inkişafına və ilk institusional vençur fondlarının yaranmasına baxmayaraq, biznesin genişləndirilməsi üçün kapitala çıxış məhdud olaraq qalır.

"Biz şirkətlər yaratmağa başlayırıq. Onları maliyyələşdirməyə başlayırıq. Çətinlik isə şirkətlər böyüdükcə bu maliyyələşməni davam etdirməkdədir", - ekspert qeyd edib.

KPMG-nin Azərbaycandakı rəhbəri bildirib ki, vençur maliyyələşməsinin həcmi artsa da, oxşar problemlər region səviyyəsində də müşahidə olunur.

Onun təqdim etdiyi məlumatlara görə, 2025-ci ildə Mərkəzi Asiyada vençur investisiyalarının həcmi rekord - 320 milyon dollara çatıb. Bununla belə, ümumi maliyyələşmənin əhəmiyyətli hissəsi "Uzum" və "Higgsfield" texnologiya şirkətlərinin iştirak etdiyi iri sövdələşmələrin payına düşüb. Bu isə region bazarında investisiyaların yüksək dərəcədə cəmləşdiyini göstərir.

V.Yakovlevin fikrincə, vençur ekosisteminin gələcək inkişafı yalnız investisiyaların həcminin artırılmasını deyil, həm də startapların investisiya cəlb etməyə hazırlıq səviyyəsinin yüksəldilməsini, korporativ idarəetmənin təkmilləşdirilməsini və beynəlxalq kapitalın cəlb olunması imkanlarının genişləndirilməsini tələb edir.

"Region eyni zamanda iki məhdudiyyətlə üzləşir. Ona daha çox kapital lazımdır. Bununla yanaşı, investisiya cəlb etməyə hazır olan və bu kapitaldan səmərəli istifadə edə bilən daha çox şirkətə ehtiyac var", - ekspert bildirib.

Problemin həlli vasitələrindən biri vençur fondlarının peşəkar idarəçilərini dəstəkləməyə və əlavə investorların cəlb edilməsinə imkan verəcək fondlar fondu ("Fund of Funds") yaradıla bilər.

Yakovlev qeyd edib ki, belə mexanizmin yaradılması artıq Azərbaycanın 2026-2028-ci illər üzrə rəqəmsal inkişaf tədbirləri planında nəzərdə tutulub. Onun həyata keçirilməsinin 2027-ci ilin iyununda başa çatdırılması planlaşdırılır.

Bununla yanaşı, ekspert strateji satışlar, ikinci dərəcəli sövdələşmələr və səhmlərin potensial olaraq fond bazarında yerləşdirilməsi də daxil olmaqla, investorların şirkətlərin kapitalından çıxış mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Vençur kapitalı birtərəfli pul axını ola bilməz. Əgər investorlar daim startaplara kapital yatırır, lakin sonradan investisiyalarını reallaşdıra bilmirlərsə, ekosistem özünü təmin edən sistemə çevrilə bilməz", - KPMG-nin Azərbaycandakı rəhbəri bildirib.

Onun sözlərinə görə, ilkin maliyyələşmədən beynəlxalq miqyasda genişlənməyə və investorların şirkət kapitalından çıxışına qədər tam investisiya dövrünün formalaşdırılması Azərbaycanın vençur bazarının gələcək inkişafını müəyyən edən əsas amillərdən biri olacaq.

❮ ❯

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri