Icma.az
close
up
RU
“4 mövsüm Qrız” layihəsi başa çatdı: Biznes planların hazırlanmasına dəstək göstərildi FOTO

“4 mövsüm Qrız” layihəsi başa çatdı: Biznes planların hazırlanmasına dəstək göstərildi FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən və “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “4 mövsüm Qrız” layihəsi uğurla yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Quba rayonunun Qrız kəndində həyata keçirilən layihənin sonuncu təlimində qadın iştirakçılar üçün aqroturizm mövzusunda praktiki biliklər təqdim olundu, turizm yönümlü biznesin əsasları izah edildi.
Layihə rəhbəri, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin bölgədə dayanıqlı turizm və qadın təşəbbüskarlığının inkişafına xidmət etdiyini bildirdi:
“Bu layihə ilə biz Qrız kəndində qadınların turizm sahəsində fəallaşmasını və öz kiçik bizneslərini qurmaq imkanlarını dəstəklədik. Layihə ərzində yerli resurslara əsaslanan, dörd mövsüm davamlı ola biləcək turizm fəaliyyətlərinə fokuslandıq”.
Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov bölgənin turizm potensialına diqqət çəkərək qeyd etdi:
“Qrız kəndi təkcə təbiəti ilə deyil, həm də yerli icmanın fəallığı ilə seçilir. Bu cür layihələr sayəsində yerli əhalinin, xüsusilə də qadınların turizm sahəsinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarla təmin edilməsi uzunmüddətli inkişaf üçün vacib şərtlərdən biridir”.
Tədbirdə təlimçi, turizm üzrə mütəxəssis Vüqar Dərgahov aqroturizm fəaliyyətlərinin biznes yönümlü təşkili barədə iştirakçılara ətraflı məlumat verdi:
“Aqroturizm təkcə fermerlik deyil, bu, kənd həyatını və yerli mədəniyyəti turizm məhsuluna çevirməkdir. Qrız kəndi bu baxımdan çox unikal imkanlara sahibdir və düzgün planlama ilə bu imkanlar gəlirli fəaliyyət sahəsinə çevrilə bilər”.
Vüqar Dərgahovun təqdimatında “Qrız kəndində aqroturizm fəaliyyətlərinin biznes planı” mövzusunda təlimdə iştirakçılar biznes planlaşdırma mərhələləri, məhsul seçimi, qiymət formalaşdırılması, xidmət keyfiyyəti və bazara çıxış yolları barədə məlumatlandırıldılar. Təlim iştirakçılarına biznes planların hazırlanmasına dəstək göstərildi.
Sessiya sonunda sual-cavab və müzakirələr aparıldı, daha sonra iştirakçılara təlimdə iştirak etdiklərinə dair sertifikatlar təqdim olundu.
 

“4 mövsüm Qrız” layihəsi çərçivəsində 3 ay ərzində keçirilən təlimlər, praktiki sessiyalar və qadın yönümlü təşviq proqramları Qrız kəndində sosial-iqtisadi fəallığı artırmağa xidmət etdi.


Layihənin nəticəsi olaraq yerli qadınlar turizm sahəsində ilkin biznes bilikləri əldə etdilər, kəndin turizm potensialı yerli icma üzvləri tərəfindən daha yaxından tanındı, aqroturizm, ekoturizm və etnoturizm sahələrində fəaliyyət imkanları araşdırıldı. Layihənin sonunda iştirakçılar qrup halında “4 mövsüm Qrız” adlı vahid brend adı altında turizm yönümlü təşəbbüslərini təqdim etdilər.

















Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri