Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

4 nazir postuna təyinat edilməyib AÇIQLAMA

4 nazir postuna təyinat edilməyib AÇIQLAMA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikasında son illərdə bir sıra yüksək vəzifələrdə dəyişikliklər baş verib və bir neçə nazirliyin rəhbərliyi hazırda müvəqqəti icra edən şəxslər tərəfindən həyata keçirilir. Bura muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları daxildir. Bu vəziyyət artıq 2023-cü ildən davam edir.

Modern.az-a açıqlamasında hüquqşünas, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirib ki, Naxçıvan Muxtar Respublikası və Azərbaycan qanunvericiliyində nazir vəzifələrinin nə qədər vakant qala biləcəyi və ya müvəqqəti icra statusunun maksimum müddətini müəyyən edən hər hansı norma yoxdur:

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dövlət hakimiyyət orqanlarının formalaşdırılması, nazirlərin və baş nazirin təyin olunması qaydasını müəyyən edir. Lakin konstitusiya həmin vəzifələr boş qaldıqdan sonra 30 gün, 10 gün, üç ay və ya bir il ərzində mütləq təyinatların olmasını tələb edən müddət müəyyən etməyib. Həmin vəzifələrin boş qalmasından sonra təyinat müddəti ilə bağlı konkret şərt yoxdur. Eyni zamanda Azərbaycan Konstitusiyasında da bir çox təyinatlı vəzifələr üzrə müddət müəyyən olunmayıb. Bəzi hallarda ayrı-ayrı qanunlarda müddət nəzərdə tutula bilər, lakin təyinatın gecikməsi özü-özlüyündə avtomatik qanun pozuntusu sayıla bilməz.

Azərbaycan Respublikasının inzibati praktikasında “vəzifəni müvəqqəti icra edən” institutundan geniş istifadə olunur. Bəzən bu statusda olan şəxslər bir neçə il vəzifəni icra edirlər və onlara yeni təyinat verilməyə bilər. Lakin bu institutun özü ilə bağlı qanunvericilikdə ayrıca müddəa yoxdur, müvəqqəti icra edən statusunun müddəti də konkret müəyyən edilməyib.

Ona görə də vəzifənin uzun müddət müvəqqəti icra edilməsi özü-özlüyündə qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, hüquqi dövlət prinsipi, dövlət hakimiyyətinin sabitliyi, hüquqi müəyyənlik və institusional məsuliyyət kimi əsas tələblər mövcuddur. Konstitusiyada “dövlət orqanlarının tam formalaşdırılması” kimi prinsiplər də nəzərdə tutulur.

Uzun müddət əsas dövlət vəzifələrinin yalnız müvəqqəti icra edən şəxs tərəfindən idarə olunması bu baxımdan müəyyən hüquqi və institusional suallar yarada bilər. Belə vəziyyətdə həmin şəxsin fəaliyyətində müəyyən ehtiyatlılıq elementi qalır və bu, onun funksional fəaliyyətinə də təsir göstərə bilər.

Zahiri baxımdan hər şey qaydasında görünə bilər: qərarlar qəbul edilir, əmrlər verilir, tapşırıqlar icra olunur. Lakin uzunmüddətli müvəqqəti status idarəetmədə tam institusional sabitlik görüntüsünü zəiflədə bilər və bu da hüquqi müəyyənlik prinsipinə müəyyən dərəcədə təsir göstərə bilər.

Eyni zamanda dövlət orqanının tam formalaşması baxımından da belə vəziyyət arzuolunan hesab edilmir. Uzunmüddətli müvəqqəti idarəetmə davam etdikdə bu, ictimai və institusional gözləntilərdə qeyri-müəyyənlik yarada bilər. Formal hüquqi baxımdan isə qanunda konkret müddət nəzərdə tutulmadığı üçün bunu avtomatik qanun pozuntusu kimi qiymətləndirmək çətindir”.

                       

Ə.Nuriyev vurğulayıb ki, konstitusion idarəetmə prinsiplərinə görə uzunmüddətli müvəqqəti idarəetmə istisna hal olmalı və daimi idarəetməni əvəz edən modelə çevrilməməlidir:

“Çox təəssüf ki, bəzi hallarda nazirliklərdə də ayrı-ayrı şəxslər müvəqqəti icra edən kimi təyin olunur və bu praktika uzun müddət davam edə bilir. Müəyyən hallarda bu, vəzifəli şəxsə özünü göstərmək və fəaliyyətini təsdiqləmək imkanı vermək məqsədi daşıya bilər.

Lakin bəzi hallarda nazirliklərdə müxtəlif vəzifələrin uzun müddət müvəqqəti icra statusunda qalması müşahidə olunur. Ali Məclisin sədri məsələsinə gəldikdə isə, 2025–2026-cı illərdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər qəbul olunmuş və Ali Məclis sədrinin konstitusion statusu yenidən müəyyənləşdirilmişdir. Bu dəyişikliklər idarəetmə modelinin yenilənməsi prosesinin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Ümumilikdə isə qanunvericilikdə nə vakant qalma müddəti, nə də müvəqqəti icra statusu üçün konkret vaxt limiti müəyyən olunmayıb. Buna görə də uzunmüddətli müvəqqəti icra hüquqi baxımdan avtomatik qanunsuz sayılmır. Lakin konstitusion prinsiplər baxımından əsas rəhbər vəzifələrin uzun müddət daimi təyinat olmadan idarə olunması arzuolunan model hesab edilmir və bu vəziyyətin davam etməsi ictimai müzakirələrin və şayiələrin yaranmasına da səbəb ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri