Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

4 oktyabr: “Xalqımız Cəbrayılı heç vaxt unutmadı”

4 oktyabr: “Xalqımız Cəbrayılı heç vaxt unutmadı”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Azərbaycan dövlətinin müasir tarixi qəhrəmanlıq salnamələri ilə zəngindir. Bu salnamənin ən parlaq səhifələrindən biri də 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, ordumuzun şücaəti, dövlətimizin gücü və xalqımızın birliyi nəticəsində illərlə erməni tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi:

“Həmin qələbələr sırasında Cəbrayılın azadlığı xüsusi önəm kəsb edir. Belə ki, Cəbrayıl rayonu Azərbaycanın qədim diyarlarından biridir. 27 il işğal altında qalmasına baxmayaraq, xalqımız Cəbrayılı heç vaxt unutmadı, onun azad ediləcəyi günə böyük inamla yaşadı.

Nəhayət, 4 oktyabr 2020-ci il tarixi bu inamın gerçəyə çevrildiyi gün oldu. Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri üzərində qətiyyətli qələbə qazanaraq Cəbrayılı işğaldan azad etdi. Bu tarixi hadisə yalnız bir şəhərin azadlığı deyildi.

Cəbrayılın işğaldan qurtuluşu xalqımıza böyük mənəvi güc verdi, növbəti zəfərlərin müjdəçisi oldu. Azərbaycan əsgərinin göstərdiyi igidlik, şəhidlərimizin fədakarlığı, qazilərimizin rəşadəti xalqımızın tarixində əbədi olaraq yaşayacaq”.

Cəbrayılın Ermənistan tərəfindən işğalı nəticəsində rayonun vandalizmə məruz qaldığını söyləyən deputat bildirib:

“İşğal nəticəsində 72 orta məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd tamamilə dağıdılmışdı. Tarixi silmək istəyən barbarlar Cəbrayılın da abidələrini, mədəniyyət nümunələrini məhv ediblər. Amma Azərbaycan haqqı, ədaləti bərpa edərək işğala son qoydu”.

O qeyd edib ki, Cəbrayılın işğaldan azad olunması ermənilərə ağır zərbə vurdu.“Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başladı. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edildi. Strateji yüksəkliklər işğaldan azad edildikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu.

Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı”.

S.Salmanova bildirib ki, işğal zamanı çəkilən əziyyətlərə və ermənilərin rayonda törətdiklərinə baxmayaraq, Cəbrayıl bərpa və firavanlıq yolundadır: 

“Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. 

Keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün dövlətimiz əlindən gələni əsirgəmir. Cəbrayıl rayonu azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyev rayona dəfələrlə səfər etmiş, ilk səfəri zamanı Xudafərin körpüsündə Dövlət Bayrağımızı ucaltmışdı.

Digər səfərləri zamanı isə Prezident İlham Əliyev təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bütün bunlar isə dövlət başçısının diqqət və qayğısının növbəti təzahürüdür.

Prezidentin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərində artıq insanlarımızın qayıdışı təmin edilib. Hazırda isə digər keçmiş məcburi köçkünlərimizin də ata-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən lazımi işlər görülməkdədir”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri