Icma.az
close
up
RU
4 ölkədə olur, Azərbaycanda niyə mümkün deyil? Milli Məclisdə mühüm hadisə

4 ölkədə olur, Azərbaycanda niyə mümkün deyil? Milli Məclisdə mühüm hadisə

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin deputatı Ramil Həsənovun mandatına xitam verilməsi və onun Türk Dövlətləri Parlament Assambleyasının baş katibi təyin olunması ictimaiyyətdə maraqla qarşılandı.

Məsələ bu dəfə daha çox hüquqi tərəfi ilə diqqət çəkir. Çünki əvvəllər parlamentdə boş qalan yerlərə dairələr üzrə ara seçkiləri keçirilirdisə, 2005-ci ildən sonra bu praktika dəyişib.

Maraqlıdır, mövcud qanunvericiliyə əsasən, boş qalan deputat yerlərinə seçki keçirilə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Azərbaycanda parlamentarizm institutu xalqın suveren iradəsini ifadə edən əsas demokratik dayaqlardan biridir:

“Deputatlar Konstitusiyanın 83-cü maddəsinə əsasən ümumi, bərabər və birbaşa seçki hüququ ilə gizli səsvermə əsasında seçilirlər. Onların mandatı Azərbaycan xalqının etimad səsini təmsil edir və bu səlahiyyət yalnız qanunla nəzərdə tutulan hallarda məhdudlaşdırıla, yaxud xitam edilə bilər. Bəzi hallarda isə deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi mümkündür. Konstitusiyanın 89-cu maddəsinə görə, deputatın səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilir:

-Azərbaycan vətəndaşlığını itirdikdə və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

-Cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edildikdə;

-Seçkilərdə və ya səsvermədə saxtakarlıq törətdikdə;

-İstefa verdikdə;

-Ölüm halında;

-Milli Məclisin iclaslarına altı aydan artıq üzrsüz səbəbdən qatılmadıqda;

-Dövlət qulluğuna və ya ödənişli vəzifəyə keçdikdə (istisnalar xaricində).

Qeyd olunan hallarda məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təqdimatı əsasında Milli Məclisdə müzakirə olunur və səlahiyyətlərin xitamı barədə qərar qəbul edilir”.


Ellada Bayramova

Hüquqşünas xatırladıb ki, 2005-ci ilə qədər deputat mandatına xitam verildikdə və ya dairə üzrə yer boşaldıqda “Seçkilər haqqında” Qanuna əsasən təkrar, yəni ara seçkilər keçirilirdi:

“2005-ci ildən qüvvəyə minmiş “Seçkilər haqqında” Məcəllə isə bu prosesə yeni yanaşma gətirib. Məcəllənin 96-cı maddəsinə əsasən, Milli Məclisə seçkilər beş ildən bir və bütün 125 seçki dairəsində eyni gündə keçirilir. 98.2-ci maddəyə görə isə deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, ara seçkilər yalnız növbəti ümumi seçkilərə bir ildən çox vaxt qalarsa keçirilə bilər. Əgər seçkilərə bir ildən az qalıbsa, ara seçkilər keçirilmir və yer boş qalır.

Bu dəyişiklik inzibati və maliyyə yükünü azaltmaq, həmçinin seçki prosesinin sabitliyini qorumaq məqsədi daşıyır. Mövcud qanunvericiliyə görə, deputatın səlahiyyətlərinə xitam verildikdə, MSK həmin dairəni “boş dairə” kimi qeydə alır və yuxarıda qeyd edilən müddətə əsasən qərar verir. MSK və Konstitusiya Məhkəməsinin izahlarına görə, bir neçə deputat yerinin boş qalması Milli Məclisin fəaliyyətinin hüquqi etibarlılığını şübhə altına almır, çünki parlamentin səlahiyyətli sayılması üçün kifayət qədər deputatın iştirakı təmin edilir”.

E.Bayramova bildirib ki, beynəlxalq təcrübədə Böyük Britaniya, Fransa, Polşa və Litvada deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə ara seçkilər mütləq keçirilir:

Azərbaycan modeli isə bu məsələdə inzibati və maliyyə səmərəliliyinə üstünlük verir. Hazırkı hüquqi vəziyyət göstərir ki, Azərbaycan qanunvericiliyi sabitlik və idarəetmə effektivliyini prioritet sayır. Bununla belə, bu mexanizm seçicilərin təmsilçilik hüququnun müəyyən dərəcədə məhdudlaşmasına səbəb olur. Gələcəkdə ara seçkilərlə bağlı mexanizmin daha çevik və dəqiq şəkildə tənzimlənməsi qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edə bilər. Mövcud hüquqi mexanizm seçki idarəçiliyinin səmərəliliyini və parlamentin fasiləsiz fəaliyyətini təmin etsə də, demokratik təmsilçilik baxımından müəyyən müzakirələr doğurur”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri