4 saat yatan və yorulmayan insanların sirri bioloqlar şok bir həqiqəti açdılar
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alimlər orqanizmə zərər vermədən çox qısa müddət yatmağa imkan verən fenomenin genetik əsasını açıqlayıblar. Əksər insanlar özlərini gümrah hiss etmək üçün təxminən səkkiz saat yuxuya ehtiyac duyur. Lakin az sayda insan var ki, onlar üçün gündə cəmi 4–6 saat yuxu kifayət edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu insanlar “təbii qısa yatanlar” (Familial Natural Short Sleepers – FNSS) adlanır.
Son iyirmi ilin elmi araşdırmaları göstərib ki, onların az yatmaq qabiliyyəti müəyyən genlərin fəaliyyəti ilə birbaşa bağlıdır.
2009-cu ildə "Science" jurnalında dərc olunan ilk tədqiqat sübut edib ki, DEC2 genində baş verən nadir mutasiya yuxuya olan ehtiyacı azaldır. Bu mutasiyaya malik olan qadın və onun qızı uzun müddət normadan az yatmalarına baxmayaraq özlərini yaxşı hiss ediblər. Alimlər eyni gen dəyişikliyini siçanlar və milçəklər üzərində də sınaqdan keçiriblər və nəticədə heyvanların da daha az yatdığı və yuxusuzluğa daha dözümlü olduğu məlum olub.
Sonrakı illərdə daha bir neçə unikal genetik dəyişiklik aşkar edilib. 2019-cu ildə Neuron jurnalında dərc olunan araşdırmada ADRB1 genində mutasiyanın eyni ailənin üç nəsli boyunca daha aktiv oyaqlıqla əlaqəli olduğu göstərilib. 2020-ci ildə isə NPSR1 genindəki dəyişikliklərin oyaqlığı qoruyan neyropeptid S reseptoruna təsir etdiyi bildirilib.
Hər bir mutasiya fərqli mexanizmlə işləsə də, nəticə eynidir: insan təbii olaraq daha az yuxuya ehtiyac duyur. Bioloqlar FNSS fenomenini bir neçə əsas mexanizmlə izah edirlər. Bunlara “yatmaq vaxtıdır” siqnalının zəifləməsi (DEC2), “oyaq qal” siqnalının güclənməsi (NPSR1) və oyaqlıq sisteminin aktivliyində dəyişikliklər (ADRB1) daxildir.
Sadə dillə desək, bu insanların beynində tormozlayıcı siqnallar daha zəif, stimullaşdırıcı siqnallar isə daha güclü olur. Buna görə də qısa yuxu orqanizm üçün zərərli sayılmır.
Tədqiqatlar göstərib ki, bu cür mutasiyaların daşıyıcıları xroniki yuxusuzluqdan əziyyət çəkmirlər. Onların idrak və maddələr mübadiləsi göstəriciləri normal qalır. Hətta heyvanlar üzərində aparılan bəzi sınaqlarda qısa yuxunun neyrodegenerativ prosesləri ləngitdiyi də müşahidə olunub. Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu genetik mutasiyalar son dərəcə nadirdir.
Mütəxəssislər vurğulayırlar ki, az yatan insanların böyük əksəriyyəti təbii qısa yatanlar deyil. Onlarda yuxu çatışmazlığı adətən stress, iş rejimi və ya sağlam olmayan həyat tərzi ilə bağlı olur və bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















