4 sığorta şirkətinə icrası məcburi olan göstəriş verilib, 1 sığorta şirkətinin vəzifəli şəxsləri cərimələnib
Icma.az, Marja.az saytına istinadən bildirir.
Oktyabr ayında Azərbaycan Mərkəzi Bankı “Qala-Həyat” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Atəşgah Həyat” ASC Sığorta Şirkəti ASC “PAŞA Sığorta” ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş verilməsi və “Atəşgah” Sığorta Şirkəti ASC-nin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir.

Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Qala-Həyat” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Atəşgah Həyat” ASC Sığorta Şirkəti ASC “PAŞA Sığorta” ASC-yə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması ilə əlaqədar olaraq “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi olan göstəriş verilmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















