Əraqçi: İranın ABŞ la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ-la danışıqlara dair iki günlük planının hələ də qüvvədə olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə İranın “IRNA” agentliyi məlumat yayıb.
Məlumata görə, Əraqçi jurnalistlərə açıqlamasında planın balanslı olduğunu, həm Tehranın tələb və gözləntilərini, həm də qarşı tərəfin mövqeyini nəzərə aldığını deyib.
Nazir Qətər və Pakistanın İranla ABŞ arasında vasitəçilik səylərini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, bu ölkələr planın həyata keçirilməsi ilə bağlı fikir və təklifləri mütəmadi olaraq tərəflərə çatdırırlar.
Əraqçi onu da qeyd edib ki, diplomatik təmaslar davam etsə də, hələlik planın icrasına başlanması mərhələsinə çatmayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Noyabr 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















