Icma.az
close
up
RU
41 min manatlıq borc mübahisəsi qanla bitdi KONKRET

41 min manatlıq borc mübahisəsi qanla bitdi KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nağı Fərəczadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2023-cü ilin iyun ayında, səhər saat 09 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndində yerləşən çayxananın qarşısında baş verib.

Belə ki, zərərçəkmiş Tahir Tahirov (adı, soyadı şərtidir) Nağı Fərəczadədən ona olan 41 000 manat məbləğində borcu qaytarmasını tələb edib. Lakin təqsirləndirilən şəxs ona borcu olmadığını bildirərək tələbi rədd edib.

Müəyyən edilib ki, tərəflər arasında borc məsələsinə görə əvvəllər də dəfələrlə mübahisələr yaşanıb və aralarında şəxsi ədavət yaranıb. Növbəti qarşıdurma zamanı Nağı qisas almaq məqsədilə zərərçəkmişə əvvəlcə başı ilə sifət nahiyəsindən zərbə vurub. Ardınca yumruq zərbəsi ilə onu yerə yıxıb və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirib.

Şəxsi münasibətlər zəminində başlayan mübahisə sonradan ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə çevrilib. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi çayxananın qarşısında və ətrafdakı ictimai iaşə obyektlərində insanların olmasına, eləcə də yoldan keçən şəxslərin narahatlığına əhəmiyyət vermədən hərəkətlərini davam etdirib.

İstintaq orqanının qənaətinə görə, Nağının hərəkətləri ətrafda olan şəxslərdə qorxu və həyəcan yaradıb, ictimai asayişin pozulmasına, vətəndaşların hüquq və qanuni mənafelərinin təhlükə altına düşməsinə səbəb olub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə C2 fəqərəsinin sağ yan qövsünün yerdəyişməmiş xətti sınığı, sağ ağciyərin orta payında pnevmotoraksla müşayiət olunan sıxılma kimi həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər yetirilib.

Bundan başqa, Tahirdə ənsə-təpə nahiyəsinin dərialtı hematoması, yumşaq toxumalarının əzilməsi, yüngül beyin əzilməsi və digər kəllədaxili travmalar müəyyən edilib. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər kimi qiymətləndirilib.

Nağı bununla kifayətlənməyərək yüksək səslə zərərçəkmişin qulağını kəsəcəyini, onu məhv edəcəyini bildirərək hədələr səsləndirib, eyni zamanda nalayiq ifadələr işlədərək aqressiv davranışlarını davam etdirib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Nağı Fərəczadə ibtidai istintaqda verdiyi ifadəni təsdiqləsə də, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 İyun 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri