Icma.az
close
up
RU
43 saylı Məktəb Lisey Kompleksindəki rüşvət iddiasına RƏSMİ CAVAB KONKRET

43 saylı Məktəb Lisey Kompleksindəki rüşvət iddiasına RƏSMİ CAVAB KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda yerləşən 43 saylı Məktəb-Lisey Kompleksinin bərbad vəziyyətdə olması ictimaiyyət tərəfindən geniş müzakirə obyektinə çevrilib. Belə ki, kompleksin sinif otaqları təmirsiz, dəhliz hissəsi az qala uçmaq təhlükəsi ilə üz-üzədir. Sanitar qovşaqlardan isə ümumiyyətlə, danışmamaq yaxşıdır. Çünki antisanitariya və natəmizlik içərisində olan bir yerdən danışmağa dəyməz. Ancaq nəzərə alsaq ki, bu kompleksdə yüzlərlə şagird təhsil alır, gələcəyin ziyalıları böyüyür,  zaman problemin miqyasının nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyil. Bütün bunlar azmış kimi təhsil ocağında bir neçə aydır direktor yoxdur. Direktor səlahiyyətlərini müvəqqəti icra edən Bakı Şəhəri Təhsil Baş İdarəsinin (BŞTBİ) əməkdaşının isə valideynlərdən pul toplamağa cəhd göstərdiyi haqda iddialar yayılıb.

Valideynlərin sözlərinə görə, onlardan sinif otaqları və koridorların təmir edilməsi üçün vəsait yığılması tələb olunub. Bildirilib ki, əks halda övladları yeni dərs ilində məktəbə buraxılmayacaq. Etirazlardan sonra isə valideynlərə təhsil nazirinə müraciət etmək tövsiyə olunub. Halbuki valideynlər hər il təmir adı altında 10-20 manat məbləğində pul yığıldığını iddia edirlər.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab verən Bakı Şəhəri Təhsil İdarəsindən isə bildirilib ki, Məktəb-Lisey Kompleksinin fəaliyyəti idarə tərəfindən nəzarətdə saxlanılır:

“Yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məktəb rəhbərliyi tərəfindən valideynlərə bildirilib ki, korpusun təmiri üçün aidiyyəti üzrə müraciət ünvanlanıb. Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair səsləndirilən iddialar tamamilə əsassızdır”.

Qurumdan həmçinin bildirilib ki, pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbdə daha səmərəli təhsil mühitinin formalaşdırılması və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri