Icma.az
close
up
RU
44 günlük müharibə dostluğun gücünü göstərdi ŞƏRH EDİLDİ

44 günlük müharibə dostluğun gücünü göstərdi ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"21-ci əsrdə dünyanın yenidən bölünməsi, formatlanması prosesi gedir. Hal-hazırda dünyanın 50-dən artıq nöqtəsində müharibələr və qarşıdurmalar yaşanır. Belə bir dövrdə Azərbaycan–Türkiyə münasibətləri, ümumilikdə isə İslam dünyasının, xüsusilə də türk dövlətlərinin birləşməsi çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Azərbaycan–Türkiyə–Pakistan dostluğu xüsusilə 44 günlük Vətən müharibəsində özünü açıq şəkildə göstərdi: "Bu üç ölkə arasında olan qardaşlıq münasibəti, xüsusən də Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın böyük güc qazandığını nümayiş etdirdi. Müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın yanındayıq” bəyanatı Ermənistana və onu dəstəkləyən qüvvələrə açıq mesaj oldu. Bu mənəvi və siyasi dəstək Azərbaycanın qələbəsinə mühüm töhfə verdi.

Azərbaycan ilk dəfə olaraq döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarından — PUA-lardan geniş şəkildə istifadə edərək müasir döyüş texnologiyası sahəsində uğur qazandı. Bu PUA-ların bir qismi Türkiyədən alınmışdı və onların müharibədəki rolu danılmazdır. 2021-ci il iyunun 15-də isə Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan “Müttəfiqlik Bəyannaməsi” bu qardaşlığın hüquqi zəminini daha da gücləndirdi. Artıq hər hansı bir təhdid və ya təhlükə zamanı Türkiyə Azərbaycanın yanında olacaq. Bu sənəd çox mühüm strateji sənəddir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Türkiyə ilə münasibətlər yalnız dövlətlər səviyyəsində deyil, xalqlar arasında da qardaşlıq və səmimi münasibətlər üzərində qurulub. Prezident İlham Əliyevlə Prezident Ərdoğan arasında olan şəxsi dostluq və qarşılıqlı hörmət bu münasibətləri daha da möhkəmləndirib. Zəfər paradında 72 yaşlı Ərdoğanın Azərbaycana gələrək iştirak etməsi, çıxış etməsi və eyni gün geri qayıtması bu münasibətə verdiyi dəyəri göstərdi.

Pakistanla da oxşar münasibətlərimiz mövcuddur. Pakistan Azərbaycanı 44 günlük müharibə dövründə dəstəkləyən ilk ölkələrdən biri oldu. Nüvə silahına sahib olan bu müsəlman ölkəsinin verdiyi dəstək geosiyasi baxımdan da çox mühüm idi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Pakistanla strateji münasibətlər daha da dərinləşib. Şuşada keçirilən tədbirdə Ərdoğan, Əliyev və Pakistanın baş naziri Nəvaz Şərifin birlikdə çıxışları bu dostluğun bariz nümunəsi idi.

Əlbəttə, bu dostluğu pozmaq istəyən qüvvələr də var. Həm Azərbaycanın, həm Türkiyənin, həm də Pakistanın əleyhinə olan, bu birliyə paxıllıqla yanaşan dövlətlər və mərkəzlər mövcuddur. Amma inanıram ki, bu dostluq o qədər möhkəmdir ki, heç bir qüvvə bu telləri qıra bilməz.

Dünənki Zəfər paradında Türkiyə və Pakistan hərbçilərinin iştirakı da düşmənlərə və bu dostluğu qəbul etməyən qüvvələrə bir mesaj idi: Azərbaycanın yanında güclü Türkiyə və nüvə silahına sahib Pakistan var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri