Icma.az
close
up
RU
“Gənc nəsil 44 günlük müharibə zamanı böyük qəhrəmanlıq göstərdi”

“Gənc nəsil 44 günlük müharibə zamanı böyük qəhrəmanlıq göstərdi”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Asim Vəliyev: “Mənfur düşmənimizə unudulmayacaq dərs verdi”

“Bu gün ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və dövlətimiz tərəfindən müvəffəqiyyətlə davam etdirilən gənclər siyasəti cəmiyyətin əsasını təşkil edən gənclərə geniş imkanlar açır”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev bildirib. 0, deyib ki, 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev müstəqillik yoluna qədəm qoyan Azərbaycanı böhrandan xilas etmək üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdi: “Təxirəsalınmaz tədbirlər sırasında gənc nəsilə diqqət və qayğı xüsusi yer tuturdu. Ulu öndər çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması və daha da güclənməsində, beynəlxalq arenada nüfuz sahibi olmasında gənclərin rolu böyükdür. Gəncliyi böyük qüvvə hesab edən ulu öndər Azərbaycanın gələcəyini gənclərdə görürdü. Hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən dahi şəxsiyyət gənclərə həmişə xüsusi diqqət və qayğı göstərib, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün hər cür şərait yaradıb. Məhz sovet dövründə onun təşəbbüsü ilə ölkəyə müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə bir sıra gənclərin xarici ölkələrə təhsil almaları üçün göndərilməsi böyük hadisə idi.
Ulu öndər gəncliyi müstəqilliyimizin qarantı hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
26 iyul 1994-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox vacib və zəruri bir tədbir idi. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra gəncliyin sabaha olan inamı daha da möhkəmləndi. Artıq gəncliyin yüksəliş yolu müəyyənləşdirilmiş, tərəqqisi üçün hüquqi baza yaradılmışdı”.
Asim Vəliyev əlavə edib ki, Bakıda 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin I forumunun keçirilməsi bu sahəyə dövlət qayğısının davamlı olduğunu təsdiqləyən tutarlı fakt oldu: “Ulu öndər 1997-ci ildə sərəncam imzalayaraq, fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi. Artıq 27 ildir ki, ölkəmizdə “Gənclər günü” qeyd edilir. Ümummilli liderimiz gəncliyi hər mənada gözəl, güclü görmək istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi.
Müasir zəmanəmizin gəncləri çox fəaldır. Bu da təbii ki, xoşagələn və fəxr ediləsi haldır. Bugün təhsil, idman, tibb, elm, mədəniyyət, sosial-iqtisadi həyatda yetərincə fəal fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Gəncliyi və gəncləri sağlam olan dövlət həmişə cavandır. Ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin əsas istiqaməti ölkədə elmə, təhsilə diqqətin artırılmasına yönəldilib. Prezident fərmanı ilə 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərə olan inamın nəticəsidir.
Hazırda gənclərimizin beynəlxalq tədbirlərdə yüksək fəallıq göstərmələri, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaları yüksək qiymətləndirilir.
Ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Gənclərlə iş dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Məhz qəbul edilən “Azərbaycan Gəncliyi” Dövlət Proqramları, gənclərin təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Gənclər Fondunun fəaliyyəti, Gənclər üçün Prezident mükafatının təsis edilməsi və s. bütün bunlar ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Gənclərin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları, məşğulluqları ilə bağlı problemlərin həlli və s. istiqamətlərdə mühüm işlər görülür”.
Onun sözlərinə görə, gənc nəsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı onların vətənpərvər ruhda böyümələrinə, formalaşmasına şərait yaradır: “Uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə zəmin yaradır. Məhz dövlət siyasətin uğurlu nəticəsidir ki, gənc nəsil 44 günlük müharibə zamanı da böyük qəhrəmanlıq, şücaət göstərərək düşmən tapdağı altında qalan milli qeyrətimizi işğaldan azad etdi. Məscidlərimizi donuz axırına çevirmiş, qəbirlərimizi darmadağın edən, tarixi abidələrimizi özününküləşdirməyə çalışan mənfur düşmənimizə unudulmayacaq dərs verdi. Cildlərlə kitaba sığacaq qəhrəmanlıq dastanı yazdı. Gənc nəslin vətənpərvərlik ruhda yetişdirilməsində vətəndaş cəmiyyəti institutlarının da rolu böyük olub. Vətəndaş cəmiyyəti institutları tərəfindən bu istiqamətdə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Biz də “Gənclərin Töhfəsi” İctimai Birliyi olaraq bütün fəaliyyətimiz dövründə əsas icra etdiyimiz layihələr, həyata keçirdiyimiz tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərinə bağlı, vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlmişdir. Bu istiqamətdə bu günədək “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır” devizli hərbi vətənənpərvərlik düşərgələri təşkil etmişik. Gənc nəsil arasında əyani vasitələrlə dövlət rəmzlərimizin təbliği istiqamətində Azərbaycanımızın 30-a yaxın rayonunda maarifləndirici tədbirlər, görüşlər keçirmişik. Həmçinin genafondumuzun qorunması istiqamətində bır sıra vacib layihələr həyata keçiririk. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliği istiqamətində də fəaliyyətimizi davam etdiririk. Xüsusən də yeniyetmə və gənclər arasında sağlam və düzgün qidalanma, fiziki aktivliyin təşviqi, qida təhlükəsizliyi, zərərli vərdişlər, ətraf mühitin qorunması mövzularında maarifləndirmə işlərini davam etdiririk. Azərbaycanda ilk dəfə ana dilimizdə “Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah - GMO” adlı 2 cildli kitab nəşr etdirmişik. Həmçinin “Sağlam gələcək, sağlam qidadan başlayır”, “GMO-ya yox”, “Sağlam həyat tərzi”, “Sağlam qida bələdçisi”, İslamda qida mədəniyyəti” adlı müxtəlif maarifləndirici kitablar da hazırlayaraq gənc nəsilin sağlam böyüməsi yönündə fəaliyyətimizi davam etdiririk.
Bundan sonra da hər bir vətəndaş cəmiyyəti institutunun qarşısında duran əsas vəzifələrdən biri gənc nəslin vətənpərvərlik ruhda böyüməsi yönündə fəaliyyətlərini davam etdirməsi və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadəti ordumuzun qazandığı zəfəri qoruyub saxlayacaq gənc nəsil yetişdirməkdir.
Mən, şahidi oluram ki, gənclərə dəstək verdikdə, onlar daha da həvəslənir, təşəbbüsləri artır. Azərbaycan inkişaf etdikcə onun gəncləri də vətəndaş cəmiyyətinin qurulmasında böyük rol oynayırlar”.

Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Yanvar 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see218

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see208

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see170

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see157

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see143

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see136

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see136

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see130

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see129

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see129

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see126

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see125

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see125

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see124

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see122

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see122

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see119

Ərdoğan ABŞ yə çağırış etdi

02 Sentyabr 2025 19:26see118

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri