Icma.az
close
up
RU
44 günün salnaməsi “Dəmir yumruq” əməliyyatı və tarixi Qələbə

44 günün salnaməsi “Dəmir yumruq” əməliyyatı və tarixi Qələbə

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Ermənistanın uzun illər boyu həyata keçirdiyi işğalçı siyasət regionda sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşmasının qarşısında əsas maneəyə çevrilmişdi. Həmin siyasət nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı, qədim şəhər və kəndlər viran qoyuldu, mədəniyyət abidələri, ibadətgahlar, qəbiristanlıqlar, tarixi irs nümunələri məhv edildi. Bu faktorlar həm də xalqın kimliyinə, yaddaşına və mənəvi dəyərlərinə yönəlmiş məqsədyönlü təcavüz idi. Lakin o dövr ərzində ölkəmizin rəhbərliyi strateji uzaqgörənlik nümayiş etdirərək, hərbi qüdrətin formalaşdırılması ilə paralel şəkildə diplomatik və iqtisadi resursları səfərbər etdi.

Müstəqillik dövründə dövlətin prioritet hədəflərindən biri məhz bu tarixi ədalətsizliyə son qoymaq idi. Bu məqsədlə hərbi, diplomatik, iqtisadi və informasiya sahələrində çoxşaxəli, uzunmüddətli strategiyalar hazırlanaraq mərhələli şəkildə reallaşdırıldı. Xüsusilə hərbi sənaye kompleksinin inkişafı ölkənin müdafiə qabiliyyətinin dayanıqlığını təmin edən əsas istiqamət kimi formalaşdı. Müstəqil hərbi istehsal müəssisələrinin yaradılması, ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və peşəkar kadr hazırlığı sahəsində görülən tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi qüvvəsinə çevrildi.

Eyni zamanda, iqtisadiyyatın dayanıqlılığı və diversifikasiyası ölkənin strateji təhlükəsizliyinə mühüm töhfə verdi. Güclü iqtisadi baza olmadan hərbi və diplomatik müstəqillik mümkün deyil. Neft və qaz resurslarının səmərəli idarə olunması, qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələrinin genişləndirilməsi və maliyyə sabitliyinin qorunması ölkəmizi regional iqtisadi lider mövqeyinə çıxardı. Bu üstünlük siyasi müstəqilliyi möhkəmləndirdi, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaratdı.

Misilsiz uğurların arxasında dayanan çoxşaxəli və effektiv strategiya milli maraqların qorunmasına, beynəlxalq nüfuzun yüksəldilməsinə və ədalətli mövqeyin müdafiəsinə töhfə verdi. Balanslı diplomatiya, regional əməkdaşlıq təşəbbüsləri və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas dayağına çevrildi. Məhz ardıcıl siyasət sayəsində işğal faktı beynəlxalq müstəvidə tanındı, dünya ictimaiyyəti ədalətin kimin tərəfində olduğunu gördü.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi növbəti təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatına başladı. Düşmən üzərində Qələbə xalqın birliyi, ordunun peşəkarlığı və ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində qazanıldı. Şanlı ordumuz döyüş meydanında misilsiz qəhrəmanlıq, yüksək intizam və fədakarlıq nümayiş etdirdi. Əməliyyatların planlaşdırılmasında strateji dəqiqlik, müasir texnologiyaların tətbiqi və komandanlığın qətiyyətli qərarları ordumuzun mütləq üstünlüyünü təmin etdi. Hər bir döyüş bölgəsi, hər bir azad edilən kənd və şəhər xalqın illərlə həsrətində olduğu ədalətin bərpası idi. Vətən müharibəsi həm də xalqın birliyini, milli həmrəyliyi nümayiş etdirdi.

Noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və üçtərəfli bəyanatla regionda yeni reallıqlar dövrü başlandı. Bu sənəd təkcə müharibənin sonu deyil, həm də sülhün və sabitliyin başlanğıcı oldu. Regionda söz sahibi olan qalib dövlət artıq diktə edən tərəf idi. Qələbə diplomatiyası Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini daha da gücləndirdi.

Tarixi Qələbə milli ruhun yenidən doğuluşu, mənəvi dəyərlərin bərpası, xalqın öz tarixi kimliyinə qayıdışı idi. Həmin dərin mənanı əbədiləşdirmək məqsədilə 8 Noyabr – Zəfər Günü təsis edilib. Hər il bu gün xalqımızın birliyini, azadlıq əzmini və dövlət müstəqilliyinə sədaqətini ifadə edən rəmzi bayrama çevrilib.

2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı Azərbaycanın hərbi-siyasi gücünün nümayişi olmaqla yanaşı, xalqın öz dövlətinə və ordusuna sonsuz inamının təcəssümüdür. Hərbi Qənimətlər parkı isə Vətən müharibəsinin canlı xronikasına çevrilərək gələcək nəsillərə azadlığın necə qazanıldığını xatırladır. Buradakı hər eksponat, hər detal düşmən üzərində qazanılmış Qələbənin dəlilidir və milli yaddaşın ayrılmaz hissəsidir.

2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı suverenliyin tam bərpasını təmin etdi. Bunun ardınca təsis edilən Dövlət Suverenliyi Günü isə Qələbənin siyasi və tarixi davamını təsdiqlədi. Bu hadisə dövlətçilik tariximizdə yeni bir səhifə açdı.

Postmüharibə dövründə dövlətin əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramının icrası oldu. Bu proqram həm də mənəvi dirçəliş, həyatın bərpası, doğma torpaqlara dönüşün reallaşdırılması prosesidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri geniş miqyaslı və sistemlidir. Artıq azad edilmiş ərazilərimizdə yeni yaşayış massivləri salınır, yollar, körpülər, məktəblər, xəstəxanalar tikilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun layihələr həyata keçirilir, alternativ enerji mənbələri tətbiq olunur. Sözügedən proses həm müasir yanaşmanı, həm də ekoloji davamlılığı təmin edir.

Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin sosial rifahının bərpası, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafı əsas hədəflərdəndir. Dövlət bu istiqamətdə geniş güzəşt mexanizmləri tətbiq edir, sahibkarlığın dəstəklənməsi üçün əlverişli mühit yaradır. Hər bir qayıdan ailə yenidən dirçələn bir həyata qovuşur.

Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı şəxs öhdəliyə götürülmüşdür, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.

44 günlük mübarizə və onun nəticəsində əldə olunan Qələbə milli iradənin, strateji düşüncənin və dövlətçilik əzminin təntənəsidir. Beləliklə, Azərbaycan suverenliyin tam bərpası, quruculuq və sülh siyasətinin reallaşdırılması mərhələsinə qədəm qoyub. Qalib dövlət kimi Azərbaycan azad etdiyi torpaqlarda həyatın dirçəlişini təmin edir, Böyük Qayıdış Proqramı isə yeni inkişaf dövrünün davamı olaraq mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda ucalan hər bina, çəkilən hər yol, salınan hər məktəb tarixi Zəfərin təzahürüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see179

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see119

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri