Icma.az
close
up
RU
44 illik işindən yaşa görə çıxarılan qadın narazıdır “Məndən yaşlıları saxlayıblar”

44 illik işindən yaşa görə çıxarılan qadın narazıdır “Məndən yaşlıları saxlayıblar”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

44 ildir Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Nərimanov rayon şöbəsinin Bakterioloji laboratoriyasında feldşer-laborant vəzifəsində çalışan 65 yaşlı Telli İsmayılova yaş həddi ilə bağlı işdən azad edilməsindən narazıdır.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən Telli xanım deyir ki, işlədiyi illər ərzində heç bir nöqsana yol verməyib.

Şikayətçi bu işdə 1981-ci il oktyabr ayının 1-dən bu ilin 3 sentyabr tarixinə qədər çalışdığını qeyd edib: “İşlədiyim müddətdə məndən heç vaxt narazılıq olmayıb, öz işimin öhdəsindən vicdanla gəlmişəm. Sentyabrın 3-də 65 yaşım tamam olduğu üçün işdən azad olunmağımla bağlı qərar verilib. Müqavilənin müddətinin uzadılması ilə bağlı öncə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin rəhbərliyinə müraciət etdim. Ondan imtina cavabı aldıqdan sonra, səhiyyə naziri Teymur Musayevə avqustun 31-də onlayn müraciət etdim, heç bir cavab gəlməyib. Onun qəbuluna yazılmaq istədim, amma yazmadılar. Məsələ ondadır ki, həm məndən əvvəl, həm də məndən sonra, məndən yaşlı və həm də imtiyazı olmayan şəxsləri işdə saxlayıblar, onların müqavilələrini dəfələrlə uzadıblar. Mənim isə işdə qalmağıma razılıq vermirlər”.

Vətəndaşın sözlərinə görə, ailədə tək işləyən odur və hazırda maddi vəziyyətləri heç də ürəkaçan deyil: “Həyat yoldaşım Ramiz Yaqubov 1992-ci ildə 1-ci Qarabağ müharibəsinin veteranıdır, Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb və əmək qabiliyyətini itirib. Aşağı və yuxarı ətrafin iflici diaqnozu ilə 1-ci qrup əlildir. Qeyd edim ki, həyat yoldaşım ali təhsilli həkimdir və o zaman müharibəyə könüllü şəkildə gedib. İndiyə kimi ailəmizdə yeganə işləyən mən olmuşam. Mənə müəyyən olunan pensiyanın məbləği isə 381 manatdır. Yoldaşımın müalicə və dərman xərlclərini nəzərə alsaq, vəziyyətimizin nə qədər ağır olduğu görünür”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

İsmayilova Telli Həsən qızı Nərimanov Gigiyena və Epidemiologiya Mərkəzinin Bakteriologiya laboratoriyasında feldşer-laborant vəzifəsində işləyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə, İsmayilova Telli Həsən qızı 04.09.2025-ci il tarixində 65 yaşı tamam olduğu üçün işdən azad edilib”.

Lamiyə Məmmədova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri