44 yaşlı paraşütçünü göydə təyyarə vurdu FOTOLENT
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avstriyada paraşütçü təyyarə ilə toqquşub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Avstriyanın Şmittenhoye dağı ərazisində baş verib.
44 yaşlı Sabrina dağın üzərində paraşüt uçuşu etdiyi zaman kiçik təyyarə onun paraşütünə çırpılıb.Təyyarə paraşütün tam ortasından keçərək onu ciddi şəkildə zədələyib. Paraşütün qırılması nəticəsində qadın yüksək hündürlükdə nəzarətsiz şəkildə fırlanaraq sürətlə aşağı düşməyə başlayıb.
Məlumata görə, Sabrina sərt eniş etməsinə baxmayaraq ciddi xəsarət almayıb. O, yalnız göyərmələr və yüngül zədələrlə hadisədən sağ çıxıb. Daha sonra polis helikopteri vasitəsilə ərazidən çıxarılaraq Zell am See Hava Limanı ərazisinə aparılıb.
Sabrina hadisədən sonra sosial şəbəkədə paylaşım edərək yaşadıqlarını belə təsvir edib: “Hazırda burada oturub bunları yazdığıma hələ də inana bilmirəm. Bir neçə göyərmə istisna olmaqla mənə heç nə olmayıb”.
Təyyarəni idarə edən 28 yaşlı pilot isə paraşütçünü gördükdən sonra toqquşmadan yayınmağın mümkün olmadığını söyləyib.
Baxış sayı:136
Bu xəbər 25 May 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















