Zidan “Yuventus”u çalışdırmaq istəyir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gələcəkdə “Yuventus”a rəhbərlik etmək istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, 54 yaşlı mütəxəssis futbolçu karyerasında formasını geyindiyi Turin klubuna məşqçi kimi qayıtmaq ehtimalını istisna etməyib:
“Bəli, “Yuventus”u çalışdırmaq istərdim, amma hadisələrin necə inkişaf edəcəyini heç vaxt bilmirsən. Məşqçilik fəaliyyətimi davam etdirsəm, niyə də olmasın?”
Zidan Turin klubundakı illərini xatırlayarkən sabiq baş məşqçisi Marçello Lippinin rolunu xüsusi vurğulayıb:
“Lippi “Yuventus”da mənə heç vaxt təslim olmamağı öyrətdi. Əvvəlcə çox yaxşı oynamırdım, azarkeşlər və mətbuat məni sevmirdilər. Çətin idi, amma Lippi onun “Yuventus”unda oynayacağımı dedi. Ona hər şeyi borcluyam”.
Xatırladaq ki, Zidan 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib, daha sonra “Real Madrid”ə keçib.
Fransız mütəxəssis sonradan məşqçi kimi də böyük uğurlar qazanaraq Madrid klubunu ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi edib.
Baxış sayı:47
Bu xəbər 12 Noyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















