Icma.az
close
up
RU
4.500 illik mübahisəyə nöqtə qoyulur: Piramidalar kim tərəfindən tikilib?

4.500 illik mübahisəyə nöqtə qoyulur: Piramidalar kim tərəfindən tikilib?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Misir piramidalarını kimin inşa etdiyi sualı min illərdir gündəmdədir və bu mövzu müxtəlif fərziyyələrin əsasını təşkil edir. Lakin arxeoloqların Böyük Piramidanın daxilində apardığı son kəşf bu mübahisəyə son qoyacaq gücdədir.

Qaynarinfo xəbər verir ki, Misir piramidalarının inşası ilə bağlı fikirlər 4.500 ildir müzakirə olunur. Məsələn, qədim yunan mənbələrində bildirilir ki, piramidalər 20 il ərzində üç aylıq növbələrlə çalışan 100 min qul tərəfindən tikilib. Lakin Böyük Piramidanın daxilində son dövrlərdə aşkar edilən yazılar bu düşüncəni dəyişə bilər.

İlk dəfə üzə çıxdı

Tapılan yazılar piramidaların hər 10 gündə bir gün istirahət edən və maaşla çalışan peşəkar işçilər tərəfindən tikildiyini göstərir. Dünyaca tanınmış misirşünas Dr. Zahi Həvvas və komandası yaxın günlərdə "Kral otağı"nın üstündə yerləşən bir sıra otaqları müxtəlif görüntüləmə texnologiyaları ilə araşdırıb. Nəticədə eramızdan əvvəl XIII əsrdə yaşamış insanların divarlara yazdığı və indiyədək üzə çıxmamış yazılar kəşf olunub.

Bundan əlavə, piramidanın cənub hissəsində bir neçə qəbir aşkar edilib. Qəbir daşlarının üzərində daş daşıyan insan heykəlləri və heroqliflə yazılmış "piramidanın yan hissəsinin nəzarətçisi", "sənətkar" kimi ifadələr bu məzarların tikintidə iştirak etmiş peşəkar işçilərə aid olduğunu göstərir.

"Qul olsaydılar, belə dəfn edilməzdilər"

"Daily Mail"in məlumatına görə, "Limitless" podkastına qonaq olan Dr. Həvvas bildirib:

"Bu kəşflər piramidaların qul əməyi ilə tikilmədiyini sübut edir. Əgər bu adamlar qul olsaydı, piramidaların kölgəsində dəfn edilməzdilər. Qullar, padşah və kraliçalar kimi məzarlarını əbədiyyətə hazırlamazdılar".

Yeni tapıntılar tikinti texnikasını da aydınlaşdırır. Məlum olub ki, təxminən 300 metr məsafədə yerləşən karxanadan çıxarılan əhəngdaşı parçaları çınqıl və palçıqla hazırlanmış rampalar vasitəsilə tikinti sahəsinə sürüklənib. Bu rampaların qalıqları da piramidanın cənub-qərbində tapılıb.

Hazırda Dr. Həvvas yeni bir layihə üzərində çalışır. Beall tərəfindən maliyyələşdirilən layihəyə əsasən, Böyük Piramidaya robot göndəriləcək. Bu da müasir dövrdə ilk dəfə piramidanın dərinliklərinə giriş imkanı yaradacaq.


Əvvəllər də yazılar tapılmışdı, lakin...

Dördüncü Sülalə dövründə hökmranlıq etmiş firon Xeops tərəfindən tikdirilən Böyük Giza Piramidası Misirin ən böyük piramidası hesab olunur. Giza platosunda bu piramidadan başqa Kefren və Mikerinos piramidaları, həmçinin Böyük Sfenks yerləşir.

Bu tikililərin quruluş metodları, səmavi cisimlərlə uyğunluğu və məqsədləri hələ də müzakirə olunur.

XIX əsrdə də piramidanın daxilində bəzi yazılar tapılmışdı, lakin onların yüz illər sonra yazıldığı və saxta olduğu iddia olunmuşdu. Beall, Dr. Həvvasa həmin yazıları xatırladaraq "Bu yazıların saxta olub-olmaması müzakirə olunurdu. Amma siz indi "Kral otağı"nda üç yeni yazı aşkar etdiyinizi deyirsiniz" ifadəsini işlədib.

Müasir dövrdə saxtasını yaratmaq mümkün deyil

Dr. Həvvas daha əvvəl ictimaiyyətə təqdim olunmamış görüntüləri göstərərək, yazıların çox dar və çətin keçilən otaqlarda tapıldığını bildirib. Bu yazılar yalnız təlim keçmiş misirşünaslar tərəfindən oxuna biləcək üslubda yazılıb. Həvvas qeyd edib:

"Bu cür otaqlara daxil olmaq üçün 10 metrdən çox hündürlüyə qalxmaq və dar yerlərdən sürünərək keçmək lazımdır. Günümüzdə bu cür yazıların saxtasını yaratmaq demək olar ki, mümkün deyil".

Dr. Həvvas avropalı səyahətçilərin XVIII əsrin sonu və XIX əsrdə piramidalara daxil olaraq daşlara adlarını həkk etdiyini təsdiqləsə də, yeni tapılan yazıların çox daha qədim olduğunu və piramidaların tikintisində iştirak etmiş misirli işçilərə məxsus divar yazıları olduğunu bildirib.

Tikinti alətləri də qəbirlərdə yerləşdirilib

Həvvas bu yazılarla yanaşı, inşaat işçilərinin məzarlarının tapılmasını da əhəmiyyətli kəşf adlandırıb. O qeyd edib ki, məzarların içində çaxmaqdaşı alətlər və döymə taxtaları kimi tikintidə istifadə edilən vasitələr də aşkar edilib.

Dr. Həvvasın sözlərinə görə, Böyük Piramidanın təməli nəhəng bir qaya üzərində yerləşir. Bu qaya yerin altına doğru 8,5 metr dərinliyində oyulub. O bildirib:

"Kvadrat təməl ölçüləndikdən sonra işçilər dörd tərəfdən qayaları kəsməyə başlayıblar və nəticədə sərt qaya üzərində düz platforma formalaşdırıblar. Bu işin izlərini bu gün Xeops piramidinin cənub tərəfində görmək mümkündür."

Həvvas əlavə edib ki, işçilər qruplar halında işləyib: "Bəziləri daşları kəsib, bəziləri onları formalaşdırıb, digərləri isə materialları taxta xizəklərlə qum üzərində daşıyıb. Daha sonra isə rampalar vasitəsilə daşlar yerinə yerləşdirilib və bu rampalara dair sübutlar da tapılıb."


Həvass həmin görüntüləri "Beall"ın podkastında dünya ilə paylaşıb

Rampaların izləri tapılıb

Dr. Həvvas bildirib:

"Rampa piramidanın cənub-qərb küncündən başlayıb daş karxanasına qədər uzanırdı. Biz bu ərazidə qazıntılar apardıq və çınqıl, palçıq və qumla qarışdırılmış materialdan hazırlanmış rampanın qalıqlarını tapdıq. Rampadan istifadə başa çatdıqdan sonra hər şeyi yox etməyiblər. Biz isə qalan hissələri üzə çıxardıq".

Gündəlik ət istehlakı da müəyyənləşib

Dr. Həvvas həmçinin həmkarı Mark Lennerin piramidanın şərq hissəsində qazıntılar apardığını və "işçi şəhəri" adlandırdıqları ərazini ortaya çıxardığını deyib. Bu bölgədə duzlanmış balıqların ayrıldığı bir obyekt, çörək bişirilən iri soba, barakalar və işçilərin yaşadığı yerlər tapılıb.

Həvvas deyib:

"İşçilərin yalnız soğan, sarımsaq və çörək yediyi barədə məşhur bir əfsanə var. Lakin biz qazıntı yerində minlərlə heyvan sümüyü tapdıq. Çikaqo Universitetindən bir mütəxəssis bu sümükləri analiz edərək, hər gün 11 mal və 33 keçinin kəsildiyini müəyyənləşdirdi. Bu miqdar təxminən 10.000 işçini doyurmaq üçün yetərlidi".

"Böyük boşluqda" nə var?

Dr. Həvvas "Beall" tərəfindən dəstəklənən "Böyük boşluq" layihəsi barədə də məlumat verib. Layihə çərçivəsində cəmi 1 santimetr ölçüsündə olan bir robot Böyük Piramidanın divarına açılacaq kiçik bir dəlikdən içəri göndəriləcək.

2017-ci ildə aşkar edilmiş "Böyük boşluq" Kraliçanın otağı ilə Kralın piramidanın mərkəzindəki otağını birləşdirən "Böyük qalereya" adlı dəhlizin üstündə yerləşir və ən azı 30 metrlik sahəni əhatə edir.

Dr. Həvvas bu boşluqda Xeopsun itmiş lahdi ilə qarşılaşacaqlarına inandığını bildirib. Beall isə bu fikrə qarşı çıxaraq deyib:

"Bunun bir lahit olması çətin görünür, çünki əsas piramidaların heç birində fironun özü aşkar edilməyib".

Layihənin gələn ilin yanvar və ya fevral ayında başlaması planlaşdırılır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri