Dəmiryol stansiyasına pişik rəis təyin olundu
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyada qeyri-adi bir təyinat baş verib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Vakayama prefekturasında yerləşən Kişi stansiyasında Kişigava xətti üzrə rəsmi “stansiya baxıcısı” vəzifəsinə Yonotama adlı pişik gətirilib.
Məlumata görə, təyinat bütün rəsmi prosedurlara uyğun həyata keçirilib, pişiyə rəsmi sənəd təqdim olunub. Yonotamanın əsas vəzifələri sərnişinləri qarşılamaq, müxtəlif tədbirlərdə iştirak etmək və stansiyada xoş ab-hava yaratmaqdan ibarətdir.
Bununla yanaşı, Yonotamanın iki pişikdən ibarət müavinləri də təyin edilib. Onlar da stansiyanın gündəlik “ictimai həyatında” fəal rol oynayırlar.
Beləliklə, Yaponiyada pişiklər artıq təkcə evlərin deyil, ictimai nəqliyyat obyektlərinin də simvoluna çevriliblər. Görünür, simpatiya və populyarlıq baxımından onlar bir çox məmurları çoxdan geridə qoyublar.
Baxış sayı:53
Bu xəbər 08 Yanvar 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















