Naxçıvanla bağlı bu qərar deputatı hiddətləndirdi
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın azaldılmasının mövcud şəraitdə doğru addım olmadığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, Naxçıvana quru yolları açılmadıqca muxtar respublikaya ayrılan maliyyə dəstəyinin azaldılması məqsədəuyğun hesab edilə bilməz.
Yaxın gələcəkdə TRIPP layihəsinin icrasının Naxçıvanla nəqliyyat əlaqələrinin qurulması və muxtar respublikanın hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan deputat dövlət büdcəsində Naxçıvana ayrılan dotasiyanın 98 milyon manat nəzərdə tutulmasının ötən illə müqayisədə 6,4 faiz azalma demək olduğunu diqqətə çatdırıb. İnternet mağaza
F.Mustafanın qənaətincə, hazırkı nəqliyyat-kommunikasiya məhdudiyyətləri Naxçıvanda iqtisadi canlanmaya və müxtəlif layihələrin icrasına maneə yaratdığı üçün bu məsələyə yenidən baxılmalıdır.
Muxtar respublikada işsizlik və sosial problemlərin də ciddi narahatlıq doğurduğunu bildirən parlamentari xüsusilə səhiyyə sahəsindəki kadr çatışmazlığına və yerli sakinlərin müalicə üçün Bakıya gəlməkdə üzləşdikləri çətinliklərə toxunub. O vurğulayıb ki, Naxçıvana gediş-gəliş imkanları məhdud qaldığı müddətdə dotasiyanın azaldılması əvəzinə, artırılması imkanları nəzərdən keçirilməlidir.
Deputat həmçinin müalicə məqsədilə paytaxta gələn xəstələrin Bakıya ödənişsiz gediş-gəlişini təmin edəcək xüsusi mexanizmin yaradılmasını təklif edib.
Baxış sayı:38
Bu xəbər 24 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















