Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

“KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR...” Vaqif TANRIVERDİYEV yazır

“KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR...” Vaqif TANRIVERDİYEV yazır

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İdeya korafəhmliyi sağalmaz xəstəlikdir

Sovetlər  dönəmində məsul vəzifələrdə işləmiş,  orden və medallar almış,  bütün həyatını  sonsuz  məhəbbət və itaətkarlıqla sosialist ideyalarının  təntənəsinə həsr etmiş qoca,   ömrünün  son anlarında  da  ötən günlərin  xiffəti  ilə  yaşayırdı.  Sosializmə nə qədər bağlı olduğunu yatdığı evin divarlarından asdığı portretlər də göstərirdi.  

Divarların birindən proletariatın dahi rəhbəri Karl Marksın, o birindən Fredrix Engelsin, digər tərəfdən Vladimir İliç Leninin, dördüncü divardan isə İosif Stalinin portretlərini asmışdı. Ömrünün son günlərini də bu portretlərlə bir keçirirdi. 

Günlərin birində bütün ömrünü sədaqətlə  sosializm ideyalarına xidmətə həsr etmiş xəstə  qoca yorğan-döşəyə düşür  və bu vəfasız dünyadan nakam köçmək istəmir, son istəyi ürəyində qalmasın deyə, oğlanlarını yatdığı çarpayının ətrafına toplayır.

- Övladlarım, mənim artıq son nəfəsimdir, istəyirəm, son sözlərimi eşidib, son vəsiyyətimə əməl edəsiniz. 

Uşaqların üzünə xoş bir təbəssüm qondu,  fikirləşdilər ki, yəqin bütün ömrü sovetlər dönəmində   yüksək vəzifələrdə  keçirmiş, rüşvətlər alıb-vermiş   atalarının yəqin  gizli bir saxlancı, qır-qızılı var və indi onun yerini deyəcək.

- Mən bütün ömrümü Sovet hökümətinin çiçəklənməsinə həsr etmişəm. Sağ olsun, o hökümət də əməyimi itirməyib, yüksək  qiymətləndirib, orden və medallarım var. İndi son nəfəsimdir, istəyirəm, Sovet hökümətinə, sosializm ideyalarına sədaqətimi dəfnimə gələn hər bir insan təkcə eşitməsin, həm də  görsün.

Qocanın üz-gözü işıqlandı, sinəsi medallı  günləri,  iclaslarda odlu-alovlu çıxışları yadına düşdü, Sovet hökümətinə məhəbbəti yadına düşdü.

- Canımı tapşırıram, siz heç vaxt bir sözümü iki etməyibsiniz, son arzumu da yerinə yetirin, yatağımın yönünü  divarın  Marksın portreti  asılmış səmtinə  çevirin.

Bütün ömrü  yüksək vəzifələrdə, alış-veriş sövdalarında  keçmiş atalarından var-dövlət vəsiyyəti əvəzinə bu arzunu eşidəndə təəccüblə bir-birinin üzünə baxdılar. Son nəfəsdə bu istək  bütün ümidlərini daşa çaldı, qol-qanadlarını qırdı.  Qardaşlar köməkləşib  daş kimi ağır kravatı  güc-bəla ilə Marksın portreti asılmış divara sarı çevirdilər.

Qocanın solğun  baxışları   işıqlandı, sanki  sədaqət nümayiş etdirirmiş kimi  əlini başı üzərinə qaldırmaq istədi, amma gücü çatmadı, yalnız başını yelləyə bildi.     Aradan bir az keçdi,  üzücü sükutu  qocanın  xırıltılı səsi pozdu, yenə oğlanlarına üz tutdu:

- Uşaqlar, kravatımın  yönünü Engelsin şəklini  asdığım  divara sarı çevirin.     Uşaqlar bu “əmri” də yerinə yetirdi,  dəmir çarpayını güc-bəla ilə fırlayıb,  yönünü indi də Engelsin portretinə tərəf çevirdilər.

Bir müddət də keçdi, ağır sükutu  ağır-ağır nəfər alan qocanın zəif səsi pozdu:

- Oğlanlarım, məni Leninin portretinə  tərəf çevirin.

Atalarının  çarpayısı önündə  əmrə müntəzir əsgər kimi  dayanan uşaqlar yenə ağır kravatı köhnə, sınıq-sallah  döşəmənin üstü ilə Leninin portretinə  tərəf fırladılar.

Yenə araya dərin sükut çökdü. Qoca   balıncının altından qırmızı rəngli partbiletini  çıxardı,  məlhəm kimi üz-gözünə sürtdü.  Bu  vəziyyət bir müddət davam etdi. Cansıxıcı   sükutu qocanın “əmri” pozdu. Sanki tribunada idi, taqətsiz olsa da  amiranə səsi  güclə eşidildi:

- Məni Stalinə tərəf çevirin. 

Daş kimi ağır  kravatı köhnə taxta döşəmənin üzəri ilə Stalinin portreti asılmış divara   tərəf  çevirdilər.

Beləliklə, gecə keçir, uşaqlar da atalarının əmri ilə dəmir kravatı dörd divar səmtində fırlatmaqdan əldən düşürlər.

Bu çək-çevir, bu fırlatmalar uşaqları əldən salır, axırda qardaşların  ən kiçiyi, “saqqallı”  sonbeşik dözmür:

- Ay ata, bu ağır kravat bizi əldən saldı, onu  dörd divar  arasında fırlatmaqdan öldük, “bəlkə də qaytardılar”  ab-havası çoxdan torpağa gömülüb,  sən canını tapşır,  biz bilirik, hara lazımdır, ora da çevirəcəyik…

Allah heç kimə göstərməsin,  hər cür xəstəliyin dərmanı var, yalnız ideya korafəhmliyindən başqa,  elə ki, tutuldun, bu dünyada, elə axirətdə də o qoca kimi fır-fır fırlanacaqsan…
                          

 Vaqif TANRIVERDİYEV
Gəncə   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Mart 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri