Icma.az
close
up
RU
TƏLƏBƏ YOLDAŞIMIZ RÖVŞƏNİN VƏFATI XƏBƏRİNİ EŞİTDİK... Vaqif TANRIVERDİYEV yazır

TƏLƏBƏ YOLDAŞIMIZ RÖVŞƏNİN VƏFATI XƏBƏRİNİ EŞİTDİK... Vaqif TANRIVERDİYEV yazır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Allah rəhmət eləsin, tələbə yoldaşımız Rövşən Vəliyevin həbsxanada vəfat edib. Çox sarsıdıcı, inanılmaz, bizim tanıdığımız tələbə yoldaşımıza layiq ölüm deyil. Rövşən səliqə-sahmanlı, nizam intizamlı idi, dərsə davamiyyəti və hazırlığı ilə fərqlənirdi. Maraqlı hekayələr yazırdı, roman, povestlər haqqında danışırdı. O vaxt Azərbaycan Dövlət Universitetinin tələbələrini də ilk dəfə olaraq pambıq yığımına cəlb etdilər. O da bizim təhsil lllərimizə düşdü, 3-cü kursda Sabirabadın Meyniman kəndinin pambıq tarlaları da tərcümeyi-halımıza düşdü. Əslində yalnız xatirələrimizdə qaldı, yadda qalan isə əsasən zarafatyana yazılan bayatılar oldu, onlar da əvəzsiz bədii şer nümunələri idi. Tələbə yoldaşımız, rəhmətlik Şamxal Rüstəm hər birimiz haqqında baməzə bəndlər deyərdi. Həmin yumoristik bəndlərdə Rövşən də var idi. O bənd bu günkü kimi yadımdadı:

Əzizim hamam üstə, söz düşüb hamam üstə, Rövşən romanlarını, Yazammır saman üstə... Yaradıcılığa dəli kimi vurğun idi, pambıq yığımında, o narahat şəraitdə onu həmişə əlində qələm, dizinin üstündə yazan görərdik. O yaşda insan bir az fanatik olur, uşaqlar onun böyük yazıçı olacağına inanırdılar. Amma tələbəlikdən sonrakı Rövşən sanki tamam başqa adam oldu. Xüsusi xidmət orqanlarında işlədi, bir müddət Cəlilabad rayon icra hakimiyyətinin başçısı kimi də fəaliyyət göstərdi. Tələbəlikdən sonra görüşmək imkanımız olmadı, yalnız xəbərlər eşidirdik, onların da bizim tələbə yoldaşımız Rövşənə heç “oxşarı” yox idi. Bu da sonuncu xəbər, yazmaq nə qədər çətin olsa da tale yazısı belə imiş. İstedadlı, gələcəyinə ümidlə baxdığımız Rövşənin həyatı qazamatda sonlandı. Niyə ? Söz tapmaq da çətindir, çox çətindir...

Bu fotolardan biri pambıq yığımında çəkilib, bilmirəm tanıya biləcəksinizmi, biri də tələbə dövründəki münasibətimizin əks-sədasıdır və arxasına yazılmış ürək sözləridir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Mart 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see212

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see177

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri