Icma.az
close
up
RU
“5 10 manat qazanır, verir operatora ki, arxasını çəksin…” Vəziroğlu İFŞA ETDİ KONKRET

“5 10 manat qazanır, verir operatora ki, arxasını çəksin…” Vəziroğlu İFŞA ETDİ KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Kütlə, xalq tamam fərqli anlayışlardır. Eləcə də alim və seçilmişlər.. Şou-biznesdəkilər isə demək olar ki, müəyyən kütləyə işləyir. Arxasında daydayı var, 5-10 manat da pulu…Həmin məbləği gedir bir operatora verir və onunla toy aparır. O kəs də mütləq bunun arxasını çəkir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a danışan fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu bildirib ki, artıq camaat belə hallara öyrəşib:

“Hamı elə bilir ki, bütün müğənnilər bunlardan ibarətdir. Xeyr! Məsələ ondadır ki, kiminsə ailəsi ona icazə verirsə, mən kiməm ki, irad bildirəm? Mənim edə biləcəyim sadəcə söz deməkdir. Amma indi çox şey qeybətə çevrilib. Qeybət nədir? Kiminsə geyimi, bədəni, etdiyi estetik əməliyyat barədə danışmaq. Kişilər də indi bunu edir. Bu gün kənd yerlərində də müxtəlif müdaxilələr edilir, sadəcə daha gizli, amma “həyasızcasına”yox. İstəyirlər ki, bədən yaxşı görünsün.

Publika da buna baxır, çünki özü həmin səviyyədədir. Televiziyalarda belə bu cür adamlara suallar verilir, onları gündəmdə saxlayırlar. Əslində isə həyasız insanın qarşısında heç kim dura bilmir – çünki həyasızlıq çox vaxt qorxutma gücünə çevrilir. Əvvəllər də belə hallar olub, amma bu dərəcədə yox. İndi sanki insanlar “yarışa” giriblər – kim daha çox açıq-saçıq görünsə, diqqəti cəlb edəcək. Çünki pul oradadır. Pullu insanlar da bu sahəyə yatırım edəndə, başqaları elə bilir ki, həmin adamlar xalqın təmsilçiləridir”.

Müsahibimiz bildirib ki, xalqla, millətlə, kütlə ilə bunları qarışdırmaq olmaz:

“Ədəbiyyatda da bu hal var – şair ayrı, nasir ayrı, amma bəzən kiminsə yazdığı kiçik yazılar böyük ədəbiyyat kimi təqdim olunur. Halbuki bu, ümumi ədəbiyyat deyil, sadəcə bazar üçün yazılmış mətnlərdir. Eyni hal musiqidə də yaşanır. Bir var sənətkar, bir də var sadəcə oxuyan. İndi çox adam sənətkar yox, sadəcə “müğənni kütləsi”nin bir hissəsidir.

Təəssüf ki, insanlar da buna inanır. Boş söz, qalmaqal, görünüş – bunlar kütləni əyləndirmək üçün istifadə olunur. Kiminsə dodağını böyütməsi, kiminsə bədənini dəyişməsi sənət göstəricisi deyil. Bunların hamısı, əslində, bir növ patologiyadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri