5 bankın 9 aylıq əməliyyat mənfəəti 57 milyon manatdan çoxdur
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat mənfəəti 57 milyon manatdan çox olub.
Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (408,8 milyon manat), “Kapital Bank” (375,2 milyon manat), “PAŞA Bank” (189,9 milyon manat), “Xalq Bank” (60,1 milyon manat) və “Bank Respublika”dır (58,6 milyon manat).
Qalan 17 bankdan 10-da əməliyyat mənfəəti 10-57 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 9-nun əməliyyat mənfəəti azalıb. Ən çox azalma “AFB Bank”da (74,1%), ən az azalma isə “Express Bank”da (1%) qeydə alınıb.
13 bankın isə əməliyyat mənfəəti artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan”da (73,6%), ən aşağı dinamika isə “Premium Bank”da (3,9%) qeydə alınıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© Yurd.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 12 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















