Icma.az
close
up
RU
5 hərbçi yol qəzasında öldü MN açıqladı + YENİLƏNİB

5 hərbçi yol qəzasında öldü MN açıqladı + YENİLƏNİB

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müdafiə Nazirliyi Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb.

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlunun vəfat etmələri ilə bağlı faktı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

21:08

Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var.

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb.

Qəza nəticəsində altı nəfər aldığı xəsarətdən dünyasını dəyişib. Bir nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Noyabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri