Icma.az
close
up
RU
5 min zabit, 100 min əgər... Rusiya ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

5 min zabit, 100 min əgər... Rusiya ordusunun təsdiqlənmiş itkiləri açıqlandı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilədən bəri Rusiya ordusunun təsdiqlənmiş itkiləri bu günə qədər 105 min nəfərə yaxın olub.

“AzPolitika” xəbər verir ki, bu barədə "BBC Rus xidməti", "Mediazona" və könüllülər qrupu tərəfindən aparılan araşdırmanın son məlumatlarında bildirilir.

Açıq mənbələr — sosial şəbəkələrdəki paylaşımlar, rəsmi nekroloqlar və hökumət açıqlamaları əsasında araşdırmaçılar 104 763 rusiyalı hərbçinin şəxsiyyətini müəyyən edə biliblər. Onlardan təxminən 5 mini zabitlərdir. Mütəxəssislər bildirirlər ki, real itkilər bu rəqəmlərdən qat-qat çox ola bilər.

Yalnız 11 aprel tarixindən bu yana "Mediazona" və BBC tərəfindən təsdiqlənmiş ölənlərin sayı 2800 nəfər artıb.

"Mediazona"nın hesablamalarına görə, son üç ildə kişilər arasında qeydə alınan artıq ölüm halları və miras işləri əsasında aparılan təhlillər göstərir ki, Rusiya ordusunun Ukraynadakı ümumi itkiləri ən azı 165 min nəfər ola bilər.

Ən çox itki verən qrup könüllülərdir — onların sayı 26 minə yaxındır. Bu, ümumi ölümlərin təxminən dörddə birini təşkil edir. İkinci yerdə məhkumlar gəlir — 16,5 min nəfər, yəni ümumi sayın 16%-i. Üçüncü yerdə isə səfərbər edilmiş şəxslər dayanır — onların sayı təxminən 12 min nəfərdir (11,5%).

"Mediazona" qeyd edir ki, ötən həftə Rusiya Prezidenti Vladimir Putin "pasxa atəşkəsi" elan etmişdi. Bu atəşkəs cəmi bir gündən bir az artıq davam edib. Ukrayna bu atəşkəsə güzgü prinsipi ilə cavab verəcəyini bildirsə də, hər iki tərəf bir-birini atəşkəsi pozmaqda günahlandırıb. Atəşkəs dövründə həlak olanların sayını müəyyənləşdirmək isə hələlik nekroloqların gecikməsi səbəbindən mümkün deyil.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri