Icma.az
close
up
RU
50 il əvvəlki kosmik barışıq

50 il əvvəlki kosmik barışıq

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

1975-ci ildə SSRİ və ABŞ arasında baş tutan “Soyuz-Apollon” birgə kosmik missiyası təkcə texnoloji deyil, həm də mədəni əməkdaşlığın nadir nümunəsi kimi tarixə düşüb. Bu tarixi hadisə sonrakı illərdə bir sıra simvolik məhsulların yaranmasına ilham verib.

AzPost bildirir ki, həmin dövrdə və sonrakı illərdə “Soyuz-Apollon” proqramına həsr olunmuş saatlar, ətirlər, poçt markaları və hətta konfetlər belə buraxılıb. Bu kolleksiya məhsulları iki qütb arasında formalaşan əməkdaşlıq ruhunun gündəlik həyata sirayət etdiyini göstərir.

İsveçrənin məşhur saat brendi Omega bu missiyaya ithafən iki dəfə məhdud sayda Speedmaster Professional modeli istehsal edib. İlk seriya 1975-ci ildə buraxılıb və cəmi 500 ədəd saatdan ibarət olub. Siferblatında eksperimental uçuşun loqosu, arxa hissəsində isə dok gəmilərinin təsviri yer alıb. Uçuşun 35 illiyi münasibətilə – 2010-cu ildə – Omega eyni modelin yenilənmiş versiyasını təqdim edib. Bu dəfə siferblat meteorit materialından hazırlanmış, arxa hissəyə isə SSRİ və ABŞ kosmik gəmilərinin birləşmə anı həkk olunmuşdu. Seriyanın sayı 1975 ədəd idi.

1975-ci ildə digər unikal layihə isə SSRİ-nin “Novaya Zarya” parfümeriya fabriki ilə Amerikanın Revlon şirkəti arasında həyata keçirilib. Nəticədə, EPAS proqramının adı ilə 200 min şüşə ətir istehsal olunub. Bu parfüm layihəsi simvolik xarakter daşıyıb – ətrin özü sovet istehsalı, flakon və qablaşdırma isə amerikalı dizaynerlər tərəfindən hazırlanıb.

Həmin il həmçinin SSRİ və ABŞ müxtəlif nominalda poçt markaları buraxıb. Bununla yanaşı, uçuşa həsr olunmuş tematik konfet dəstləri də satışa çıxarılıb. Bu qutular kosmonavt və rəssam Aleksey Leonovun eskizləri əsasında tərtib edilib. Konfet dizaynlarının o dövrdə populyar olan “Soyuz-Apollon” siqaret qutularına bənzədilməsi isə təsadüfi deyil.

“Soyuz-Apollon” missiyasına ithaf olunmuş xatirə sikkələri isə təkcə SSRİ və ABŞ-da deyil, Qazaxıstan, Marşal adaları, Qambiya və İnsan adası kimi ölkələrdə də dövriyyəyə buraxılıb. Bu faktlar həmin kosmik əməkdaşlığın qlobal əks-səda doğurduğunu təsdiqləyir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 İyul 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri