50 qəpiklik moyka nı sınıdırıb, içindəki pulu oğurladı
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Binəqədi rayonunda müxtəlif vaxtlarda dörd avtomobildən sürətlər qutusunun “beynini”, radiator, elektrik naqilləri və iki akkumulyator oğurlanıb.
Lent.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə oğurluqları edən 46 yaşlı E.Günəşov saxlanılıb.
Araşdırma zamanı onun rayondakı evlərdən birindən də məişət əşyaları oğurladığı məlum olub.
Rayonda qeydə alınan digər hadisə isə avtoyuma məntəqəsində baş verib. Avtomobilini “50 qəpiklik moykada” yuduzduran şəxs daha sonra ödəniş terminalını sındıraraq içindəki pulu götürüb.
Polis bu əməli törədən 43 yaşlı S.Hüseynovu müəyyən edərək saxlayıblar.
Hər iki fakt üzrə araşdırma davam edir.
Baxış sayı:106
Bu xəbər 25 Noyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















