Icma.az
close
up
RU
50 yaşdan aşağı insanlar arasında geniş yayılan 6 xərçəng növü

50 yaşdan aşağı insanlar arasında geniş yayılan 6 xərçəng növü

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə 50 yaşdan aşağı şəxslərdə xərçəng diaqnozlarının sayı artmaqdadır. 

Qaynarinfo xəbər verir ki, "NYU Langone Perlmutter" Xərçəng Mərkəzinin mədə-bağırsaq tibbi onkologiyası proqramının rəhbəri doktor Pol Oberşteyn "The Post"a açıqlamasında gənc yaşda olan şəxslərin diqqət etməli olduğu 6 əsas xərçəng əlamətini sadalayıb.

Hərçənd prostat, böyrək və mədəaltı vəzi kimi bəzi digər xərçəng növlərində də artım müşahidə olunur, lakin bu növlər gənc yaş qruplarında daha nadir sayılır. Döş xərçəngi, limfoma və kolorektal xərçəng isə 50 yaşdan aşağı şəxslər arasında daha çox yayılır.

1. Bağırsaq vərdişlərində dəyişikliklər

Kolon xərçənginin ilk əlamətləri arasında nəcis formasında dəyişikliklər olur. Əgər nəcis əvvəlkindən daha tünd, nazik və ya qanlıdırsa, bu vəziyyət ciddi qəbul edilməlidir və həkim müayinəsi tələb olunur.

2. İstəmədən çəki itirilməsi

Əgər bir insan qısa müddətdə, heç bir səbəb olmadan arıqlayırsa və ya tez doyma, enerji azlığı və yuxu rejimində dəyişiklik hiss edirsə, bu, bədənin xəbərdarlıq siqnalı ola bilər.

3. Bədən nahiyələrində düyünlər və ya anormallıqlar

Xüsusilə döş xərçəngi gənclərdə də müşahidə olunur. Əgər şəxs sinədə sərtlik, dəridə rəng dəyişikliyi və ya axıntı hiss edirsə, bu əlamətlər diqqətlə izlənməlidir.

4. Dəridə lezyonlar

Melanoma və digər dəri xərçəngi növlərinin ilkin əlamətləri dəridə anormal dəyişikliklərlə özünü göstərə bilər. Yeni və ya dəyişmiş dəri ləkələri nəzərdən qaçmamalıdır.

5. Qeyri-adi qanamalar

Qanlı sidik, nəcisdə qan və ya cinsi əlaqədən sonra qanaxma sidik kisəsi, böyrək, uşaqlıq boynu və ya endometrium xərçənginin əlaməti ola bilər.

6. Gecə tərləmələri və qızdırma

Əgər şəxs gecə güclü tərləyir, səbəbsiz titrəmə və ya qızdırma yaşayırsa, bu limfoma kimi limfa sistemi xərçənginin göstəricisi ola bilər. Bədən bölgələrində – xüsusən qoltuq altı və limfa düyünləri ətrafında şişkinliklərə diqqət yetirilməlidir.

Digər mümkün əlamətlər

Asan göyərmə, tez-tez infeksiya keçirmə və davamlı yorğunluq uşaqlıq dövrünün xərçəngi olan leykozun əlamətləri ola bilər. Sümük və yumşaq toxuma xərçəngi olan sarkom isə ağrı və sınıqla özünü göstərə bilər. Görmədə dəyişiklik, baş ağrısı və bel ağrısı beyin və onurğa xərçəngi ilə bağlı ola bilər.

Pankreas xərçəngi riski

50 yaşdan aşağı şəxslərdə nadir hallarda görülən, lakin artan mədəaltı vəzi xərçəngi; arıqlama, qarın və bel ağrısı, dəridə saralma, sidiyin tündləşməsi kimi əlamətlərlə özünü büruzə verə bilər.

Riskin azaldılması yolları

Sağlam qidalanma, siqaretdən imtina, fiziki aktivliyin artırılması və mütəmadi tibbi yoxlamalar xərçəng riskini azalda bilər. Həmçinin yaşa uyğun müayinələr – məsələn, 45 yaşdan sonra kolonoskopiya, qadınlarda mammoqrafiya və "Pap smear" testi, kişilərdə prostat müayinəsi və ailə tarixçəsinə əsasən qalxanabənzər və qan xərçəngi üçün yoxlamalar tövsiyə edilir.

Nəticə

Xərçəng barədə danışmaq qorxuducu ola bilər, lakin 50 yaşdan aşağı şəxslərdə halların artması bu barədə maariflənməni və erkən müdaxiləni zəruri edir. Mütəxəssislər ümid edirlər ki, diqqətli araşdırma və vaxtında müayinə ilə bu risk əhəmiyyətli dərəcədə azaldıla bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyun 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri