Icma.az
close
up
RU
50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

50 yaşdan sonra beyin sağlamlığını qorumağın iki sadə yolu.

Yaş artdıqca beyində tullantı maddələrin təmizlənməsi prosesi zəifləyə bilər. Alimlər bu prosesin normal fəaliyyətini dəstəkləmək və beyin sağlamlığını qorumaq üçün iki gündəlik vərdişə – keyfiyyətli yuxuya və müntəzəm fiziki aktivliyə diqqət yetirməyi tövsiyə edirlər.

Ajans.az Polşanın “Zwierciadlo” nəşrinə istinadən xəbər verir ki, beyində hüceyrələrin fəaliyyəti nəticəsində yaranan maddələrin xaric edilməsinə qlimfatik sistem cavabdehdir. Bu sistem beyin damarları boyunca yerləşən kanallar vasitəsilə onurğa-beyin mayesinin hərəkətini təmin edir. Maye beyin toxumalarını yuyaraq artıq maddələrin uzaqlaşdırılmasına kömək edir. ShopByBro

Lakin yaşla əlaqədar bu mexanizmin fəaliyyəti zəifləyə bilər. Nəticədə beyində bəzi maddələrin, o cümlədən Alzheimer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid zülalının toplanması riski artır.

Kopenhagen və Roçester universitetlərinin professoru Mayken Nederqardın sözlərinə görə, xroniki iltihab və ürək-damar sisteminin fəaliyyətindəki pozuntular da qlimfatik sistemə mənfi təsir göstərə bilər.

Beyin sağlamlığı üçün iki vacib vərdiş

Mütəxəssislərin diqqət çəkdiyi ilk amil keyfiyyətli yuxudur. Xüsusilə dərin yuxu mərhələsində beyində maye dövranı dəyişir və tullantı maddələrin xaric edilməsi prosesi daha fəal gedir. Buna görə də hər gün eyni saatlarda yatıb-durmaq, yuxu rejimini qorumaq və yuxusuzluqla bağlı həddindən artıq narahatlıq keçirməmək tövsiyə olunur.

İkinci vacib amil müntəzəm fiziki aktivlikdir. Gəzinti, üzgüçülük, velosiped sürmək və rəqs kimi fəaliyyətlər ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Bu isə beyində maye dövranı üçün də əhəmiyyətlidir.

Məqalədə 2025-ci ildə aparılmış 12 həftəlik tədqiqatın nəticələrinə də diqqət çəkilir. Araşdırmada müntəzəm velotrenajor məşqləri edən sağlam yetkin insanlarda beyin mayelərinin hərəkətində müsbət dəyişikliklər müşahidə olunub.

Viktoriya Universitetinin tədqiqatçısı Ceyms Broç isə fiziki aktivliyin davamlı vərdişə çevrilməsinin vacibliyini vurğulayır. Onun tövsiyələrinə gündəlik piyada gəzmək, pilləkənlərdən istifadə etmək və uzun müddət oturaq vəziyyətdə qalmamaq daxildir.

Mütəxəssislər bildirirlər ki, beyin sağlamlığını qorumaq üçün ağır məşqlərə ehtiyac yoxdur. Əsas məsələ kifayət qədər yatmaq və hərəkəti gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Noyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri