Icma.az
close
up
RU
50 yaşlı müəllim “TikTok” da “Efendim, eşitmedim” trendindədir…

50 yaşlı müəllim “TikTok” da “Efendim, eşitmedim” trendindədir…

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Texnologiya və sosial şəbəkələr müasir dövrün ayrılmaz parçasına çevrilsə də, müəllim nüfuzu və cəmiyyətə örnək olmaq kimi prinsiplər unudulmamalıdır". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil eksperti Əmrah Həsənli deyib. Ekspert bildirib ki, bir müəllimin sosial şəbəkədə aktiv olması təqdirəlayiq haldır. Ancaq bu aktivlik məsuliyyətlə müşayiət olunmalıdır:

“Baxırsan ki, müəllimin 50 yaşı var. Çiyinlərində bir ömrün təcrübəsi, sinif otağında yetişdirdiyi yüzlərlə şagirdin izləri var. Amma bir də görürsən ki, “TikTok”-da “Efendim, eşitmedim” trendinə qoşulub. Bu zaman istər-istəməz sual yaranır: Bir müəllimin bu formada görünməsi nə dərəcədə zəruridir? Biz gənclərə nümunə olmağa çalışmalıyıq, onların etdiklərini təkrarlamağa yox". 

Təhsil eksperti hesab edir ki, müəllim gənclərlə eyni platformada ola bilər, lakin eyni səviyyədə ola bilməz: 

"Sosial media müəllim üçün maarifləndirici, təbliğat xarakterli və ictimai fayda gətirən bir vasitə olmalıdır. Zamanla ayaqlaşmaq gözəldir, amma trendin içində itib-batmaq zamanla yox, cəmiyyətlə ziddiyyət təşkil edir. Müəllimlik bir peşə olmaqdan daha çox bir missiyadır. Biz bu missiyanı 30 saniyəlik “TikTok” videolarında yox, davranışımızda, danışığımızda və duruşumuzda göstərməliyik”. 

O əlavə edib ki, bəzi müəllimlərin bu tip trendlərlə gündəmə gəlməsi cəmiyyətin müəllimə olan baxışını da dəyişə bilər: 

“Bəzən deyirlər ki, müəllim də insandır, əylənə bilər. Razıyam. Amma bu əyləncənin ölçüsü və məkanı da olmalıdır. Əgər bir valideyn övladının müəllimini sosial mediada bu cür qeyri-ciddi bir videoda görürsə, onun peşəkarlığına inamı azala bilər. Müəllim öz ictimai imicinə sahib çıxmalıdır”. 

Əmrah Həsənli bildirib ki, sosial mediada var olmaqla trend olmaq arasında incə bir fərq var. Təhsil ictimaiyyətinin bu fərqi doğru müəyyənləşdirməsi vacibdir: 

“Əyləncəli olmaqla bayağı olmaq arasında xətt çox incədir. Biz o xətti keçməməliyik. Müasir olmaq, texnologiyadan istifadə etmək, gənclərlə ünsiyyətdə olmaq – bunlar hər biri vacibdir. Amma bu dəyərləri qorumaq şərti ilə”. 

Sonda təhsil eksperti müəllimlərə çağırış edərək bildirib ki, nümunə olmaq üçün gülmək yox, dəyərli olmaq kifayətdir: “Sosial mediada bir müəllimin rolu, sadəcə gülmək və izləyici qazanmaq olmamalıdır. Biz “TikTok”-da izlənilən yox, cəmiyyətdə izlənilən müəllimlər olmalıyıq. Müəllim nüfuzu bir kliklə qazanılmır, o, illərlə formalaşır və bir neçə saniyəyə itirilə bilər". 

Nigar 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri