Icma.az
close
up
RU
500 illik düşmənçilik yenidən qızışır: Polşa Rusiyaya meydan oxudu Tarix təkrarlanır?

500 illik düşmənçilik yenidən qızışır: Polşa Rusiyaya meydan oxudu Tarix təkrarlanır?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Varşavada keçirilən Təhlükəsizlik Forumunda Polşanın Baş naziri Donald Tusk cəsarətli bəyanatla çıxış edib. O bildirib ki, Ukraynadakı müharibə təkcə Kiyevin deyil, həm də Polşanın müharibəsidir. Polşanın Ukraynanın müharibəsini öz müharibəsi kimi təqdim etməsi Moskva üçün hansı siyasi və hərbi mesajı daşıyır? Bu açıqlama müharibənin genişləyəcəyinin carçısıdır?

Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, 16-cı əsrin ortalarından indiyədək Rusiya ilə Polşa arasında hardasa 15 müharibə baş verib:

“Bu bir yüzildə ortalama 3 böyük müharibə deməkdir. Bəzi əsrlərdə bu iki ölkə arasında hətta 4 böyük müharibə olub. Müharibələr bəzən 15-20 ildən çox çəkib. Bu faktlar onu göstərir ki, Polşa ilə Rusiya ən azı 500 ilin düşmənləridirlər.

Maraqlıdır ki, döyüşlərin böyük əksəriyyəti indiki Ukrayna və Baltikyanı ərazilər uğrunda yaşanıb. Bu da səbəbsiz deyil. Baltikyanı ərazilər Rusiyanın həm Baltik dənizinə, həm də Avropanın şimalına, Ukrayna isə həm Balkanlara həm də Qara dənizə açılan qapısıdır. Rusiya bu qapıları əldə edə bilməsə, dünya gücünə çevrilə bilməz, öz içinə qapanıb dünyanın ən böyük feodal dövlətinə dönüşər. Beləcə, getdikcə məhəlli rəqabət uğrunda savaşlarda parçalanaraq yox olar. 

Eyni şəkildə Polşa da Baltikyanı ərazilərə və Ukrayna vasitəsilə Qara dənizə nəzarət edə bilməsə, Qərblə Şərq arasında kommunikasiya körpüsü rolunu oynaya bilməz, getdikcə zəifləyib özü Almaniya və Rusiyanın nəzarəti altına düşər. II Dünya savaşında olduğu kimi. 

Son zamanlar Polşanın ÜDM artımında 1 trilyon dollara yaxınlaşması da onu Rusiya ilə regional rəqabətə sürükləyən amillərdəndir. Məlumdur ki, Rusiyanın ÜDM göstəricisi 2.1 trilyon dollardır, Polşanınki isə 1 trilyon dollar. Polşanın əhalisinin 38 milyon, Rusiya əhaləsinin isə 140 milyon, ərazilər baxımından isə Polşanın Rusiyadan 55 dəfə kiçik olmasını nəzərə alsaq, ÜDM-dakı bu 2 dəfəlik fərq o qədər də böyük sayılmamalıdır. Üstəlik, Polşa dinamik iqtisadiyyata malik ölkədir. Rusiya isə Ukrayna savaşında getdikcə zəifləyir və Qərb ölkələrinin ona tətbiq etdiyi embarqolar da öz işini görür. Bu isə o deməkdir ki, yaxın zamanlarda Polşa ilə Rusiyanın iqtisadi böyüklüyü də bərabərləşəcək. Belə olacağı təqdirdə Polşanın daha geniş ərazilərə açılması qaçılmaz olacaq.  Qeyd edim ki, Polşa Şərqi-Mərkəzi Avropa regionunda ən böyük birjaya sahib olan ölkədir, Mərkəzi Avropada regional güclərdən biri sayılır. ÜDM-ə görə Avropa İttifaqında 6-cı, bütün Avropada isə 10-cu yerdədir. Bütün bu göstəricilər ondan xəbər verir ki, Ukrayna ilə Polşa öz güclərini birləşdirsələr Rusiyanı rahatlıqla dayandıra bilərlər. Görünür, bu səbəbdən də Polşa siyasiləri Rusiyadan çəkinmir, öz tarixi müttəfiqləri ilə bir yerdə olmaq barədə düşünürlər”.

Siyasi şərhçi qeyd edib ki,  Ukrayna Polşa üçün ən etibarlı buffer zonadır:

“Ukrayna ordusu Rusiya ilə döyüşərkən Polşanı 500 illik düşmənindən qoruyur. İndiki vəziyyətdə Avropa və ABŞ-ın da dəstəyini ala biləcəyinə inanan Polşa tarixin çərxlərini yenidən öz xeyrinə döndərə bilər. Unutmayaq ki, Polşa ilə Rusiya savaşlarında Varşavanın da qələbəsi az olmayıb. 16-cı əsrdən 17-ci əsrin ortalarına qədər gedən müharibələrin böyük əksəriyyətini Polşa və müttəfiqləri qazanıb. Yaranmış indiki şəraitdə Ukrayna və Polşa ittifaqı Qərb dövlətlərinin dəstəyini də arxalarına alaraq yenidən keçmiş günlərə qayıda bilərlər. 

Ən mühümü isə odur ki, Rusiya Ukraynada qələbə qazanarsa, növbəti hədəfi Polşa və Litva olacaq. Ona görə ki, özünün ən böyük eksklavı Kalininqrada gedən quru yol bu iki ölkənin arasından keçir. Suvalki dəhlizi adlanan bu əraziləri ələ keçirməsə, Rusiya Kalininqradı tamamilə itirə bilər. 

Bütün bu kimi amillər Polşa-Rusiya savaşını tətikləyən ən önəmli faktorlardır. Odur ki, növbəti Rusiya-Polşa müharibəsini istisna etmək olmaz. 

Polşanın NATO üzvü olması Rusiyanı bu müharibədən çəkindirərmi? Sanmıram. Çünki Rusiyanın əlində güclü nüvə silahları var və müharibəyə digər NATO üzvləri də qatılarsa, nüvə savaşı çıxar. Üstəlik, Polşa və Ukrayna ittifaqı Rusiyanın durdurulması üçün kifayətdir, NATO-nun beyin mərkəzi olan ABŞ və Böyük Britaniyaya bu savaşın uzun illərə yayılması və Rusiyanın tədricən çökməsi daha məqbuldur. Odur ki, ehtimal olunan Rusiya-Polşa savaşına NATO müttəfiqlərinin müdaxilə edəcəyinə inanmıram”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri