Icma.az
close
up
RU
500 milyon Türkü birləşdirən birliyin adi Turandir

500 milyon Türkü birləşdirən birliyin adi Turandir

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yasəmən Qaraqoyunlu

Öncə Türkəm, Türkçüyəm, sonra Müsəlmanam.

Öncə Türk Millətinin mənfəətini savunuram, sonra İslamın.

Abil Babaoğlu- ən yaxin dostum, güvəndiyim əqidədaşim, qardaşim dünən gözəl bir məqalə yazmışdı, paylaşdım, təqdir etdim, bu günkü postuna isə cavab vermək məcburiyyətində qaldim. Xatirladiram ki, bu bir müzakirədir, qarşidurma deyildir və bir çox fikirlərə aydinliq gətirmək məqsədi ilə yazdim.

Abil Babaoğlu yazir

1923 te Türkiye’ye getirilmek istenilen Türkçülükle,bu gün siyonizmin Azerbaycan’a getirmek istediği Türkçülüğün amacı aynı:

İslam dünyasının önderi olan Türkleri İslam dünyasından koparmak ,yalnızlaştırmak vesonra kolayca siyonizmin aleti haline getirmek amacı güdüyor

Türkler 1000 yıldır İslamın bayraktarı ve önderi olmuştur ve olmaya devam edecektir

Türkün yeti katil siyonizmin yanında değil,İslam dünyasının lideri olmaktır.

Niğar Ögeday yazir.

Abim, Azerbaycan’da Türkçü kimliğiyle tanınan birçok alim, yazar ve siyasetçiyi üç kuruşa satın almışlar. Üstelik bunların çoğu, bir zamanlar Azerbaycan hükûmetine muhalif olan isimlermiş. Muhtemelen Azerbaycan istihbaratının elinde bu kişilerin listesi de vardır. Uzun sürmez, tıpkı Rusya gibi, İsrail’le de yollar ayrıldığında, İsrail bu trol grubunun isimlerini paylaşacak. Gerekçesi de şu olacak: “Siz artık deşifre oldunuz, sizinle çalışamam.” Böylece hepsini kullanıp kenara atacaklar.

Bu kesim, her dönemin insanıdır. İhtiyaçtan değil, karakterden dolayı bu hâle gelirler. Maalesef, bunların çoğu “millî hareketten” çıkmış gibi görünür.

Öz dostlarima Cavab verirəm.

İndi Azərbaycanda türkçü görüşlü kəsim çox azdir. XX əsrin əvvəlləri ilə müqayisədə, XXİ əsrin əvvəllərindəki Türkçüluk görüşləri və türkçülük hərəkatlari müqayisə edilməz dərəcədə azdir.Elçibəy dönəminin Türkçü aydinlarinin əksəriyyəti də dünyadan köçdülər. Qalanlar da 3- 5 nəfər.

Azərbaycanda bütun siyasi maraq kəsimlərinin, mənfəət qruplarinin, "izm" lərin hücum və basqilarina məruz qalan 3-5 türkçülərdən biriyəm.

Milli Hərəkatdan çixmişam. Türkçüyəm. Fakat Türk- İslam dünyasinin qurulmasindan yanayam.

Sizin Türkçüləri Sionizmə çalişan kəsim kimi alqilamağiniz çox yanliş mövqedir. Biz sionizme qarşi savaşanlardaniq. Bizim sionizmle nə əlaqəmiz ola bilər ki.

Türkçüyəm, fəqət din düşməni deyiləm. Əksinə İslami savunduğum üçün bir çox dostlarimi itirmişəm. İslami savunuram, çünki bilirəm ki, din sivilizasiyanin əsasinda duran təməldir, mədəniyyətlər din üzərindən şəkillənir. Bizim sivilizasiyamizin adi Türk- İslam sivilizasiyasidir. Bu sivilizasiyanin mərkəzi qurucu ünsürü 7-10 əsrlərdə Ərəblər, 10- 20 əsrlərdə Türklər olmuşlar. Farslar isə bu sivilizasiya içində qurucu mərkəzi güc ola bilməmislər, əksinə, öz ayirici fars islam modellərini yaratmişlar.

Türk milləti güclü olmuşdur ki, 10 əsr İslam dünyasina rəhbərlik edə bilmişdir, bu dünyani qorumuşdur, yön vermişdir, nizamlamışdir. Türksüz İslam dünyasi yoxdur, Türksüz Türk-İslam perspektivi də yoxdur.

Azərbaycanin sosial şəbəkələrində İslami söyən, Türkçu kimi çixiş edən qati, faşist Türkçü görünən şəxsləri çoxdan səhifəmdən silmişəm. Türk- islam perspektivini müdafiə etdiyim üçun daim onlarin saldirilarina uğramişam. Ancaq başa düşurəm ki, bəzən mən də səhv etmişəm.

Bir çox hallarda səbrli olmaq gərəkir, çünki Türkçülük ideoloji- siyasi görüşləri özü də indi bir evrim sürəci keçirir, çünki Türkçüluk XXI əsrin cağirışlarına cavab hazirlamalidir. Lakin bizim Türkçulər hələ XX əsrin tələbləri ilə düşünürlər, bütövlukdə Türk dünyasi XX əsrin Türkçülüyunu tam mənimsəməmiş, həzm etməmiş XXİ əsrin çağirışlari bizi haqladi. Biz bu çağirişlara cavab hazirlamişiqmi?

Yox, yox. Vaxtimiz azdir. Tələsməliyik.

XX əsrin Türkçülüyü böyük Turan coğrafiyasini və vahid Türk millətini fərqli dillərə, kimliklərə, əlifbalara bölüb parçalayan, imperializmə yem edən coğrafiya millətçiliyi paradiqmalarina əsaslanirdi. Turan millətçiliyi, Türkçülüyu kiçik cografiya millətçiliyinə- Azərbaycançiliga, Türkiyəçiliyə, Özbəkistan, Tataristan Türkmənistan səviyyəsinə endirildi. Böyuk Türk millətindən kiçik kiçik Azərbaycanli, özbək, qirğiz qazax, tatar ulusları yaratdilar. XX əsr Türkçülüyü Atatürk və Rəsulzadə şəxsiyyətində simgələnmişdir ki, indi XXI əsrin yeni perspektivlərinə cavab vermir.

XXİ əsr yeni çağirişlar çağirir. Türkçülük düşüncəsi Türk millətini XXİ əsrin çağirişlarina hazirlamalidir.

XX əsr Türkçülük düşüncəsi Batiya heyran olan, Bati mifini ideallaşdiran, Turan sistemini Bati sistemi ilə uzlaşdıran və Bati sisteminə, Bati mədəniyyətinə yenilən bir Türkçüluk anlayişi ürətdi.

XXI əsr Türkçüluk düşüncəsi Bati mədəniyyət mifini yenən, Bati sisteminin kürəsəl hegemonluğunu rədd edən, Bati sivilizasiyasina alternativ olan Turan və Türk-İslam sivilizasiyasini qurmaği hədəf alan Türkçülukdür. XXI əsr Türkçülük düşüncəsi Turan mədəniyyətini və Turan sivilizasiyasini ontoloji təməl kimi əsas alan Özə Dönüş siyasi- kültürəl- fəlsəfi hərəkatdir. Anti Qərbçi, anti AvroAtlantikçi bir görüşlər sistemidir.

XXİ əsr çağirişlari bunlardir.

Coğrafiya mərkəzli Ulus dövlət yox- Türk mədəniyyət mərkəzli İmperiya!

Kiçik cografiya dövlətləri və millətləri yox- vahid Türk milləti!

Vahid Türk dili!

Vahid Türk Əlifbasi!

Vahid Türk Tarixi!

Vahid Türk Birləşik dövlətləri!

Avropa Birliyinə və ya Rusiyanin başini çəkdiyi Avrasiyaya inteqrasiya olmaq yox- Turan sivilizasiyasina inteqrasiya olmaq!

Bati mədəniyyəti yox- Turan mədəniyyəti!

Bati mifini devirmək- Turan mifini yaratmaq!

Turan Sivilizasiyasini inşa etmək!

Turan sivilizasiyasıni kürəsəl gücə çevirmək!

Bu hədəfləri və perspektivlər XXI əsr Türkçülərinin, Türkçülük hərəkatınin əsas qayəsi olmalidir.

Artiq Ataturkun və Rəsulzadənin coğrafiya mərkəzli ulus dövlət Türkçülüyü Türkiyə və Azərbaycan dövlətlərinin varliq fəlsəfəsi olsada, artiq XXİ əsrin çağirişlarina tam cavab vermir. İndi bizə Bilgə Xaqanin, Atillanin, Cengiz Xaqanin Türkçülüyu lazimdir.

Daha geniş ittifaq- İmperiya!

Daha geniş coğrafiya- Turan!

Bati liberal demokratik imperialist düzeni yox-Xaqan və Ağsaqqallar Divani. Geneş. Türk düzeni! Solidarizm!

Orta doğuda Türk liderliyinə nail olmaq, BİP-in qarşisini almaq üçün bizə perspektivdə Türk-Ərəb ittifaqini qurmaq gərəkir. Ərəb dünyasi 350 milyondur. Bu dünya ilə ittifaq qurmağimiz Türk-İslam sivilizasiyasinin perspektivi üçün zəruridir. Bizə Türk-İran-Fars ittifaqini da yenidən qurmaq gərəkdir. Yoxsa Türk-İslam mədəniyyətindən söz etmək mümkün olmaz. Orta çağlarda Türk millətinin qurduğu

Türk-Ərəb, Türk-Hind, Türk-Fars İttifaqi min il Türk - İslam sivilizasiyasinin kürəsəl güc olmasina, ayaqda qalmasina səbəb oldu.

Bu sivilizasiyani dağitmaq üçün Bati Rusya 500 il çalışdı, yüzlərlə beyin mərkəzləri quruldu, elmi- strateji əsərlər yazildi.

Bati və Rusya XX əsrdə Türk-Ərəb, Türk-Fars düşmənliyini yaydi, dərinləşdirdi. Ərəblər də, Farslar da Türk millətinə qarşi böyük zərbələr vurdular, xəyanətlər etdilər, Türk millətinin böyük düşmənlərinə çevrildilər. Unutmayin ki, Sekulyar millətci Fars da, islamçi Şiyə fars da, elə ərəb də bu gün ən böyük Türk düşmənidir, Erməni düşmənçiliyindən elə bir fərqləri yoxdur.

Lakin əlbəttə ki, bunlari dəyişdirməliyik.

Biz nə etməliyik? Bütün düşmənçiliklərə, xəyanətlərə rəğmən Türk-Ərəb, Türk-Fars, Türk-kurd, Türk-erməni ittifaqi qurmaliyiq. (Hərçənd ki, heç inandırıcı görünmür) Coğrafiyamiza, sivilizasiyamiza qurucu, kapsayici perspektivdən yanaşmaliyiq, dağidici perspektivden yox. Kürdə də erməniyə də sahib çixmaliyiq, onlari Bati-Rus imperializminin oyuncaği olmaqdan xilas etməliyik. Lakin, bütün bunları gerçəkləşdirmək üçün ilk öncə Türk İttifaqi, Türk birliyi qurulmalidir. Məhz bundan sonra Türk olmayan qonşu xalqlarla ittifaq, birlik qurmaq mümkündür. Bu gün bizə Səlcuklularin, Osmanlilarin dövlət ağli, ittifaqlar qurmaq təcrübəsi gərəkdir. Lakin bütün bunlar Türk millətinin güclü olmasi ilə mümkün olacaqdir. Türk millətinin güclü olmasi üçün də Türkçüluk vaz keçilməz bir ideoloji- siyasi qaynaqdir. Türkçüluk Türk millətini yüksəltməkdir.

Türkçülüyə saldiranlar bunu çox gözəl bilirlər.

Bütün bunlarla bərabər, İslama aid olmayan, islam dininə inanmayan, Türk-İslam tarixinə daxil olmayan böyük Türk kəsimi vardir ki, onlari Türk-İslam sivilizasiya qavrami ilə yox, Türk-Turan sivilizasiyasi, Turan qavrami ilə birləşdirmək məcburiyyətindəyik.

Türk- Turan sivilizasiyasi din üzərindən yox, etnik- irq, millet anlayışi uzərindən qurulacaqdir ki, öz içində islami da, xristianliği da, musəviliyi, maniheizmi, Tenqriçiliyi, Şamanizmi, Buddizmi Türk millətinin əlilə harmanlayib birləşdirəcəkdir. Turan sivilizasiyasi Türkluk uzərindən qurulacaq ən böyuk İttifaq, ən böyük sivilizasiyadir. Bütun dinleri və dinə əsaslanan mədəniyətləri kapsayacaq sivilizasiyadir.

Allah birdir.

Həqiqət birdir.

Allaha gedən yollar-dinlər isə çoxdur.

Türk Milləti Dindən, dinlərdən üstündür. Tarix boyu Türkləri Din yüksəltməmişdir, Türklər dini yüksəltmişdir. İslami şərəfləndirən Türk millətidir. Türkçülukdur.

Turan - Türklərin islamlaşmiş kəsimi ilə islamlaşmamiş kəsimini birləşdirən sivilizasiyanin adidir.

O üzdən islami qəbul etməyən Türkçuləri də yarğilamaq haqqimiz yoxdur.

Turanciliq - müsəlman, xristian, musəvi türkçuluyu də bağrına basib harmanlayan bir görüşdür.

Bu qədər yanlişa düşməyin dostlarim. Azərbaycanda 3- 5 türkçü var, onlari da siz qaralamayin, zatən Rusiya, Avropa, İran gücləri bizi vurur, düşmənlərimiz çox, çoxdur.

3- 5 türkçünün də səsini kəsin, gedin bununla da Türk- İslam dünyasi qurun. Türkçülük olmadan Türk olmaz. Türk- islam dünyasi qurulacaqsa, Türklər güclü olduqda qurulacaq. Türkçülük Türkü güclü qilmaqdir. Türklər güclü olmasa, türkçülük olmasa, Türk-İslam dünyasi Ərəb dünyasina xidmət edəcəkdir. İslam tarixini yaxşi oxuyun. Onun içində min il davam edən Türk, Ərəb, Fars üstünlük savaşlari vardir. Ərəb üstünlüyu saxlandiqda İslam Ərəb dünyasina, Türk üstünlüyü saxlandiqda Türk dünyasina xidmət etmişdir. Ərəblər Sasanlini yendikdən sonra bütün İran-fars tarixi Ərəb üstünlüyünə qarşi mubarize tarixi olmuşdur. Şüubiyyə və Şiyə də bu mübarizədən doğulmuşdur.

Türkçülük Türk millətini güclu tutmaq, diri tutmaq üçün sözlü və yazili bir görüş, bir eyləmdir. 3- 5 türkçünü Siyonizmə nökər adlandirmaq İran Fars Şiyə hərəkatina, Xomeneiyə, eləcə də Türksüz Türkiyə qurmaq istəyənlərə dəstək vermək deməkdir.

Türksüz Türkiyə İslamin öndəri ola bilməz. Öncə Türkiyədə Türk millətini gücləndirəcəksən, diri tutacaqsan ki, o millət Türk- İslam dünyasinin liderliyini edə bilsin.

Türk olmayanlar Türksüz İslam qurar ki, bunun da bizə bir xeyri dəyməz. Türk liderlər, Türkçu liderlər quracaqdir Türk-İslam dünyasini.

Niğar Ögeday Türkçüləri 3 quruşa satilan adlandırır. Ayibdir vallah. Bu çox böyük bir ittiham, böyük bir yalandır. Yaziqlar olsun. Biz nə sağa satildiq, nə sola. Əlimizdə 3 quruşumuz belə yoxdur. Məhz satilmadiğimiz üçün, direniş göstərdiyimiz üçün yoxdur.

Bilənlər bilir...

Türk-İslam perspektivi haqqinda onlarla məqalə yazmişam. Son 30 ildə Azərbaycanda belə yazilari yazan ilk insanlardanam. Azərbaycanda İzrailin, BOP-BİP -in əleyhinə də yazan tek insanam.

Azərbaycandaki 3-5 Türkçü dostlarimi da taniyiram ki, hamsi 5 quruşa möhtacdirlar. Azərbaycanda hər kəsimin maddi baximdan desteyi, gücü vardir. Yalniz Türkçüler desteksiz, möhtac durumunda olan kəsimdir. Azərbaycanda türkçülər yetimdir. Dövlət himayəsindən yetimdirlər, cəmiyyət himayəsindən yetimdirlər. Azərbaycanda iqtidar da müxalifət də, dövlət də, cəmiyyət də, media da öz təbliğatlarinda Türkçüləri etibardan saldi, türkçüləri qeyri-ciddi, avantürist adlandirdilar. Elçibəyin Türkiyəyə göndərdiyi tələbələr arasinda Ankara universitetində yetişmis bir jurnalist dostum ki, adini çəkməyəcəm, bir gün mənə dönüb dedi. " Sən kimsən ki, Türkçusən dayna". Bunu elə səs tonu ilə, elə şəkildə dedi ki, Türkçülüyü əksik, aşagi bir dəyər kimi, görüş kimi təqdim etdi ki, çox üzüldüm, əcaba bu adam Elçibəyin adi ilə gedib Ankara Universitetində nə oxuyub, nə öyrənib, necə yetişib deyə öz- özümə sual verdim. Bu adamla bərabər yol yürüməyi dayandirdim. Ümidimi kəsdim. İndi daha bunlara təəccüblənmirəm. Türkiyə və Azərbaycan, Türk millətinin iki dövləti o qədər Türk düşmənləri yetişdirib ki, Türkiyədə və Azərbaycanda Türkçüluk bir günah, bir dağidiciliq hesab edilib dışlanmişdir. Türkiyə və Azərbaycanda türklər azinliq durumuna düşmüşdür.

Türkçüluk olmazsa ermənilik, farsliq, kurdluk, lazliq, pontusçuluq güclənər, sizi ayağinin altina alar. Türkçülük Türk millətinin özünü qoruma mexanizmidir.

Xüsusi diqqət: Biz bu gün Türkiyədən yeridilən Türk-İslam siyasətinin ələyhinə deyilik ki, biz Türksüz İslam siyasətinin əleyhinəyik. Türk- İslam birliyi qurulacaqsa, o birliyin mərkəzində Türk milləti dayanacaqdir deyirik. Türksüz İslam olmaz deyirik!

Biz, Türkiyəni Türk millətinin əlindən çıxaran, Türk sözünu anayasadan çixaran Türk-İslam modelinin ələyhinəyik.

Diqqət: Biz Türkiyə rəhbərliyində qurulan Türk-İslam birliyinin tərəfindəyik, lakin bu sürəcin Pentaqondan, Londondan yürüdülməsinin əleyhinəyik.

Qoy sayğili oxucularim, dostlarim son 70 ildə ABD-nin, Vaşinqtonun orta doğuda yürütduyu Yaşil Qurşaq- ilimli siyasal İslam və radikal cihadci islam siyasətlərini yaxşi öyrənsinlər. ABD- NATO bizə İslam siyasəti yürutmək öyrede bilməz, biz onlara öyrederik.

Qoy oxucularim İngiltərə və Fransanin 500 illik İslam, Orta dogu siyasətlərini öyrensinlər.

Bir sual verirəm. Türkiyədəki bu günku siyasal islam BOP-BİP əleydaridirmi, yoxsa o projenin tərkib hissəsidirmi? Kim buna kəsin cavab verə bilər?

Yəqin ki, mənim savadim çatmir, mən bu günə qədər bunu aydınlasdira bilməmişəm. Siz yazin biz də bilək.

Tək bildiyim bir sey var. Türkçüluk BOP-BİP əleydaridir. Silkinib, sıyrilib bu projeni yerlə bir edəcəkdir.

Sionizm də, yəhudilər də Türk millətinin qurduğu tarix və mədəniyyət qarşisinda çox kiçikdirlər, gerçək Türkçüler onlarin paralarina və dünyalarına möhtac deyillər.

Diqqət: Son 200 ildə Hindistani, İrani, Ural-Altay Türkustanini, Qafqazin 5 de 4 - nü, Əfqanistani, Misiri, Suriyani, İraqi Türk millətinin əlindən aldilar, indi də siyasal islam adi altinda Anadolunu əlimizdən almağa çalişirlar.

Biz bunu göstərməyə çalışiriq. Dostlarimiz bizi yanliş anlayirlar.

Türk millətinin yüksəlişini özünun həyat amali, məqsədi seçən Türkçulərə qarşi bu çirkin ittihamlari düşmənlərdən qəbul edərəm, dostlardan yox.

Abil Babaoğlu, Niğar Ögeday, əziz dostlarim mövqeyiniz yanlişdir.

Azərbaycanda Türk- İslam Birliyi haqqinda çox yazdim. Yazdim ki,

500 milyon Türkü birləşdirən birliyin adi Turandir.

2 milyard müsəlman İnsanini birləşdirən birliyin adi Türk- İslam birliyidir. Türkçülər bu birliyin qurulmasina çalişirlar. Əlehdarı yox, savunuçusudurlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see224

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see199

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see155

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see150

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see146

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see136

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see134

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see134

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see130

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see130

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see128

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see127

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see127

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see126

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see125

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see124

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see122

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see118

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see116

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri