Icma.az
close
up
RU
Axısqa türkü Adil Misirli yazır

Axısqa türkü Adil Misirli yazır

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 “Mesxet türkləri”-qədim türk ulusuna sonradan verilmiş qondarma addır. Son illərdə “türk mesxetlər”, “Məhsəti türkləri”, “türk Məshəti” kimi uydurma ifadələrə də tez-tez rast gəlinir. Burada məqsəd, bu qədim tarixə malik türklərin yaşayış yerinin adı ilə çəkilməsi onları süni yolla gürcüləşdirmək məqsədindən irəli gəlir. Fikrimizcə, qədim Axısqa paşalığından (daha əski ada görə isə, Çıldır bəylərbəyliyindən) çıxmış bu türk elinin coğrafi-tarixi yurdunun adına uyğun olaraq, Çildır türkləri və ya daha dəqiq olsun deyə, Axısqa türkləri ifadələrini  işlətmək daha doğrudur.

Axısqa türkləri 1944-cü ildə amansız imperiya siyasəti qurbanı olmuş, doğma vətənindən uzaq, soyuq, sərt yerlərə sürgün edilərək bütün insani hüquqlardan mərhum edilmişlər.

Məlum Fərqanə hadisələrindən dərhal sonra onlar Gürcüstana, dədə-babalarının Vətəninə, doğma torpağa qayıtmaq istəmişlər. Amma Gürcüstan hökuməti kağız üzərində buna razılıq versə də, əslində onları gələcəkdə gürcüləşdirmək məqsədi ilə məcburu surətdə gürcü soyadlarını götürməyə məcbur etmişlər. Və geriyə qayıdıb öz (artıq xeyli köhnəlmiş) evlərini satın almaq istəyəndə, Gürcüstanda onlardan bir ev üçün az qala bir kəndin qiymətini istənilmişdir...

Şaxmanov Alimcan Alişan oğlu(Axısqa türkü) 1953-cü ildə Özbəkistanın Əkdijan vilayətinin Nainava kəndində anadan olub. Nəsil-nəcavəti 1944-cü ilin noyabrlnda Stalinin təkidi ilə Gürcüstanın Ədijon rayonunun Varxan kəndindən ora sürgün olanlardandır. Alimcanın ailəsi 1958-ci ildə, yəni onun cəmi 5 yaşı olanda könüllü Azərbaycana köçür. Onlar Saatlı rayonunun Varxan kəndində məskunlaşırlar. 1968-ci ildə isə burada bir neçə ailə Beyləqan rayonunun Baharabad qəsəbəsinə köçür. Alimcandan bu sonuncu köçün səbəbini soruşanda zarafatla cavab verdi ki, məqsəd Ulu Vətənə, Mehsetiyə bir az da yaxınlaşmaq idi. Bunu deyəndə o,bir az da gülümsədi, gözlərinin dərinliyində isə açıq seçilən Vətən, Torpaq nisgili, dərdini görmək olardı...

Alimcan cəmi 8 sinif bitirib və ordu sıralarında ölüb. Ailələri böyük olduğuna görə, ona ali məktəb bitirmək nəsib olmayıb. Amma buna baxmayaraq o, bir çox ali təhsilli mühəndisdən savadlı və bilikli olmaqla barəbər, dünyagörüşlü, təcrübəli, istedadlı və ilahı vergisi ilə əta olunan şəxslərdəndir. Onun gendən, qandan gələn çox güclü istedadı var. Onun atası sadə peşə adamı, sürücü olub. Alim (Deyir ki, can şəkilçisini özbəklər qoyub adına, Azərbaycanda sadəcə olaraq Alim adı ilə tanınır) O, gözünü açandan hər yerdə maşın, traktor görüb. Və texnikaya olan həvəsi qanundan, genindən irəli gəlir. Adı Alim kimi , özü də əsl alimdir. Bu sahədə heç bir təhsili olmasa da, bilik və bacarığı sayəsində hələ ordura olarkən hərbi hissədə rus məhsulu olan generatorlara qulluq edib. Hissədə generatorlara idarə və təmir olunmasında böyük əməyi olub. Odur ki, ordudan təxris olunanda rütbəli zabitlər deyiblər ki, Alim bizi hissədə alimsiz qoydu, getdi...

Torpağa qırılmaz tellərlə bağlı olan axısqalılar olduqca əməksevər, zəhmətkeş, torpağın başına pərvanətək fırlanan, ona and içən insanlardır.

Axışqa türklərində Vətən məfhumu, Vətənin coğrafi mənzərəsi, ona yurd obrazı xüsusilə müqəddəs və rəmzi, ən əsas mənəvi anlamdır. Sürgün illərində, qürbətdə Vətən sözü, Vətənin coğrafiyası ilə bağlı örnəklər ən ülvi və dərin hisslərdə bağlanmış, türkləri bir xalq kimi qoruyan, yaşadan, gələcəyə yönəldən ideala çevrilmişdir.

Hər bir türk adamı danışıqda doğma yerlərin adlarını dəqiqləşdirmir-Vətən deyir,-Doğma yurdu nəzərə gətirməmək istəyindən doğan bu kövrək hislər nə qədər mifik qədimliyə gedib çıxır !

-Demək olar ki, hər bir türk cocuğu nağıla çevrilmiş, o yerlərin –Azqur, Adıgün, Axısqa, Varxan, Abastuban, Axılkələk, Zediban, Dersel, eləcə də onlara qardaş olan Ağbaba, Göyçə, Ağbulaq, Borçalı Başkeçid, Qarayazı, Qaraçöp, Batum, Qars, Ərdəhan, Bayarid, Ərzurum obalarının doğmalığını, nadir təbiətin gözəlliyini bütün ruhuyla hiss edir...

Əzablı, məşəqqətli ömür yolu keçən Alim çox müdrik, aqil, xeyirxah və təvazökar bir insandır. Böyük ustadır. Elin, camaatın verdiyi usta adını şərəf və ləyaqətlə daşıyan Alim əsl insanlıq rəmzidir. Hamının (bütün ölkənin) tanıdığı, hörmət etdiyi Alim usta texnikanı dərindən bilir, çoxlu səmərəşdirici təklifin müəllifidir. İmkanı daxilində həmişə ərafdakı insanların imdadına yetir, kömək əlini uzadır. Alim deyir ki, bir texnika növünü, generatoru, mühərriki metal qəbulu yerində görəndə ürəyim parça-parça olur. Burada belə texnikanı qaynaqçılar doğrayanda elə bil mənim ürəyimi, sinəmi doğrayırlar. Alim dəmirqəbulu məntəqələri ilə müntəzəm əlaqə saxlayır, belə texnika olanda alıb təmir edir, işlək hala gətirir və ehtiyacı olanlara ucuz qiymətə verir.

Alim usta “Mersedes” generator mühərrikini (işıq verən) təkmişləşdirib. On dəqiqədə tapançası 29 dəfə atan bu mühərrikin üzərində su nasosu yerləşdirib və ona xizək bağlayıb. Belə təkmilləşmədən sonra “Mersedes” səmərəli işləyir, sutkada 4-5 hektar sahəni suvara bilir. İndiki qlobal istiləşmə zamanı aydındır ki, su quraqlığı baş verir. Və belə olan zaman Alim ustanın fermerlərə yaxından köməyi dəyir, onun bilik və bacarığı sayəsində adamlar təsərrüfatla yaxından məşğul ola bilirlər.

Alim Şaxmanov Beyləqan, Ağcabədi, Bərdə rayonlarının ərazilərində 100-ə qədər su nasosuna xidmət edir. Ağcabədinin Qaradolaq, Beyləqanın Kəbirli kəndində 20-dən artıq su quyusuna nasos quraşdırıb və onlara texniki qulluq göstərir. Buradakı çoxsaylı Şadlıq evlərinə, o cümlədən “Səmayə”, “Yeganə”, Nigar”, “Vesteliya” kimi şadlıq evlərində, eləcə də Gəncədə, Siyəzəndə və Bakının bir çox kəndlərində fəaliyyət göstərən Quşçuluq Komplekslərində quraşdırılan generatorlar Usta Alimin əl işləridir.

Gədəbəyin Mistilli kəndində çay üzərində dəmirdən çarx düzəldib, çaydan işıq alır. Bu işıq Gədəbəydəki Turşsu istirahət mərkəzinə verilir.

Alimin 5 övladı olub. 2 oğlu, 3 qızı. Oğlu Şamil hərbiçi olub, orduda həlak olub. Oğlu Şahin də orduda xidmət edərək xəstəliyə tutulub, dünyasını dəyişib. Hazırda Alim Şaxmanov oğullarının ailələrinə, nəvələri Kamil, Şəhriyar, Alışana himayədarlıq edir, onların qayğısız və firavan yaşamaları üçün əsl türk kişisi kimi əlindən gələni əsirgəmir.

.... Axısqa geniş yayılmış folklor nümunəsindən biri:

        Qəhvə qoydum bişmağa,

        Aç qapağın taşmağa,

        Ağlama kömür gözlüm,

        Az qaldı kovuşmağa.

Axısqa mahalı ulu dağlar, sıx meşələr, dərin dərələr, bərəkətli vadilər, obalar diyarıdır. Bu qədim mahal kiçik Qafqazın iki dağ silsiləsinə-Mesxet və Cavaxet sıra dağlarına sığınır. Uzunluğu 150 km-ə çatan, orta yüksəkliyi 2850 metr olan Mesxet  (və ya Acar-Axısqa) dağları yuxarı Kür, Posxov, Çorox çayları hövzəsi boyunca uzanır. Cavaxet silsiləsi isə (uzunluğu 50 km, yüksəkliyi 3300 metrə qədər) qərbdə Mesxetə, şərqdə Borçalı çökəyinə söykənir. Bu başı qarlı dağlar “yaşıl meşələri”, “mor mənəmşəli”yaylaları, “zarxoş puvarları”, büllur buzxanaları, mamırlı qayaları ilə məhşurdur.

Qafqaz təbiətinə uyğun olaraq, Axışqa mahalının da iqlimi şaquli istiqamətində, yəni yuxarı qalxdıqca dəyişir, sərtləşir. Dağ aləminin yaşayış üçün çətinliyi, iqlimin sərtliyi türklərin xarakterini də müəyyənləşdirmiş, onlara əsl kəndli dəyanəti və inamı, müstəqillik, sülhsevərlik aşılanmışdır. Axısqa türklərinin təbii müdrikliyi, təmkinli qüruru, mərdliyi, ləyaqəti, qonaqpərvərliyi əsl dağlı xarakterinin təməl daşlarıdır.

... Alim usta mənəvi dəyərlərə qiymət və hörmət edən insanlardandır. Bircə misal çəkək. Bu yaxınlarda rayon rəhbəri ilə geniş görüş zamanı hamı nə isə tələb edir, rəhbərliyi rahat buraxmır, hərə bir şey istəyirdi. Alim isə susur, deyilənlərə qulaq asırdı. Rayon rəhbəri geniş əhatə dairəsində olan, həyatın hər bir sınağından alnıaçıq, üzüağ çıxan müdrik Alimə müraciətlə soruşur ki, hamı danışır, nə isə istəyir. Sən niyə susursan? 71 yaşlı Alim usta xəfifcə gülümsəyib, burada qəsəbədən (kəndlərindən) məndən böyük iki şəxs oturub. Mən onlar olan yerdə, böyüklərin yanında nə deyə bilərəm, deyə cavab verir...

Hal-hazırda işğaldan azad olunan Ağdam şəhərində, Ağdam-Əsgəran ərazisində yaxından iştirak edən Alim usta “Altay” traktorlarının mühərriklərinə generator quraşdırıb lafetin üstünə qoyaraq, tikintilərin işıqlanmasını təmin edir və qaynaqçılar onun köməyi ilə rahat, sərbəst işləyə bilirlər.

.... Alim usta geniş, fenomen biliyi ilə çox işlər görə bilər. Layihələrdə yaxından iştirak edə bilər. Əlbəttə, buna müvafiq şərait yaradılsa Alim usta ölkə üçün, adamlar üçün daha faydalı və mükəmməl işlər görə bilər. Yaxşı olardı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu Böyük insana qayğı, diqqət göstərə, onun geniş və hərtərəfli bilik, istedad və bacarığından istifadə edə. İnanırıq ki, belə olan zaman hər iki tərəf qazanmış olar.

... Aydındır ki, Axisqanın coğrafi sərhədləri yalnız təbii sınırlar deyil, ilk   növbədə mədəni əhatə və əlaqələr deməkdir. Axısqanın sərhədləri elədir ki, bu el Anadolu və Qafqaz mədəniyyətlərinin xüsusiyyətlərini özündə cəmləşdirmiş və ətraf mühitdən də qidalanmışdır. Buna görə də doğma coğrafi mühitsiz Axısqa türkləri özünəməxsus etnoqrafik qrup kimi tarixdən silinə bilər.

... Axısqa türklərinin qəriblik ovqatını, dərdini, iç ağrısını, ümid və arzularını el sənəti gözəl ifadə edir. Çox istedadlı müğənni Müdirinin türkülərindən birində belə oxunur:

Nerde kaldı o Zediban dərəsi?

Eşidilməz suların şərşərəsi

Yeşil, gözəl Azqurumun meşəsi,

Gəl dönəlim o yerlərə, arkadaş!...

P.S.Yazıda Asif Hacılının “Qəribəm bu Vətəndə” kitabından istifadə edilmişdir. Axıqsa türkləri haqqında bu kitabda ətraflı və geniş məlumatlar verən müəllifə təşəkkürümüzü bildiririk.

                                                                              Adil Misirli,

                                                               Qarabağ üzrə bölgə müxbiri.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see147

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see143

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see141

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see135

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see131

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see123

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see122

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see122

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see121

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see121

Ertan Saban Deha dan getdi

12 Aprel 2025 12:34see118

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see118

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see118

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see115

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

Fiziyev və Sadıxov da Bakıdakı UFC turnirində FOTO

12 Aprel 2025 13:11see108

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri